“Gəncə”nin taleyinə gələn həftə aydınlıq gələcək

24.08.2023 12:58 667
İdman
Ötən mövsüm basketbol üzrə ölkə kubokunun qalibi olan “Gəncə”ni baş məşqçi Meylyunas Gediminasla birgə 9 oyunçunun tərk etdiyini bilirsiz.

Bəs yeni mövsümdə komandanın taleyi necə olacaq? Bununla bağlı klubun mətbuatla əlaqələndiricisi Azad Mustafayevə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

“Sizin də bildiyiniz kimi, komandada dəyişiklik var. “Gəncə”nin əsas siması Amil Həmzəyev də kollektivimizi tərk etdi.Yeni baş məşqçi türkiyəli Levent Bedri Meriç təzə komanda formalaşdırmaq üçün çalışır. Bəzi basketbolçularla danışıqlar gedir. Bizim də əsas istəyimiz komandanın ötən mövsümdəki kimi iddialı olmasıdı. Gələn həftənin sonunda Azərbaycan Basketbol Federasiyasının klublarla iclası olacaq və orda “Gəncə” ilə bağlı suallara da tam aydınlıq gələcək”.


CAVİD ƏLİYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul