AFFA-nın rəsmi saytında verilən xəbərdə maraqlı məqam var idi. Mətndə qeyd olunmuşdu ki, Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.
Görəsən, "Zirə" bu hüququndan istifadə edəcək? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə ünvanladıq. "Qartallar"ın rəsmisi "football-plus.az"a açıqlamasında bunları söylədi:
"Bu məsələ bizdə müzakirə mövzusu olmadı. Əsas istəyimiz Zeblinin cəzasının azalması idi. Buna da nail olduq. İAM-a müraciətlə bağlı hansısa söhbətimiz olmayıb".
İLKİN SULTANLI





