“Qəbələ”nin şikayəti təmin edildi

7.10.2022 19:02 483
Premyer-liqa
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin apellyasiya şikayətini təmin edib.

Football-plus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin sentyabrın 23-də "Qəbələ"nin futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunub.

Apellyasiya Arbitraj Tribunalının qərarları:

1. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixdə "Qəbələ" klubun futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunsun.

2. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixli qərarına əsasən futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası ləğv edilsin.