AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin şikayətini cavablandırıb.
"Football-plus.az" qurumun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubunun apellyasiya şikayəti təmin edilməyib.
“Zirə” məşqçisi Eltun Yaqublunun cəzasının üzərinə 1 oyun əlavə olunmasına və kluba 800 manat cərimə olunması barədə İntizam Komitəsinin 03.06.2022-ci il tarixli qərarına rəsmi etiraz edib.
Lakin Apellyasiya Arbitraj Tribunalı qərarın qüvvədə saxlanılacağını açıqlayıb.