Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçdə "Həkken"lə üz-üzə gələcək "Qarabağ" azarkeşlərə müraciət edib.
"Football-plus.az" xəbər verir ki, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Ullevi" stadionunda 8-ci qapının qarşısından ala bilər.
Tərəfdarlardan şəxsiyyət vəsifəqəsini təsdiq edən sənədi özləri ilə götürməsi tələb olunub. Biletlərin qiyməti 22 avrodu.
Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq "Həkken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.