"Qarabağ"dan azarkeşlərə müraciət

20.02.2023 18:55 233
Konfrans Liqası
"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə cavab qarşılaşmasında komandanı dəstəkləmək istəyənlər azarkeşlərə müraciət edib.

Həmin paylaşımı diqqətinizə çatdırırıq:

"Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında keçiriləcək “Gent” (Belçika) - “Qarabağ” matçını izləmək və komandamızı dəstəkləmək istəyənlər biletləri oyun günü - fevralın 23-ü 19.00-dan 21.00-dək "Ghelamco" stadionunun G qapısından ala bilərlər. Biletin qiyməti 32 avrodu. Bilet alarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz vacibdi.

Nəzərinizə çatdıraq ki, ödəniş nağd və kartla qəbul ediləcək".