"Qarabağ"ı dəstəkləmək istəyən, 25 avronu hazırla!

22.08.2023 16:49 220
Avropa Liqası
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Olimpiya” (Sloveniya) - “Qarabağ” matçında təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (802 ədəd) oyun günü - avqustun 24-ü yerli vaxtla 18.00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Stojitse" stadionunda S30 və S31 sektorlarının yaxınlığında satılacaq.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti 25 avrodu. Bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bilet satışını meydan sahibi “Olimpiya” klubu həyata keçirir.