MBA-nın üçqat qalibi Dueyn Ueyd liqanı qazanmayan oyunçuların səviyyəsi haqda danışıb:
“Məndən də çox-çox güclü olan oyunçular var ki, basketboldan üç üzüklə getməyəcəklər. Mənim üç, başqalarının isə bir və ya iki üzüyü varsa, bu o anlana gəlmir ki, mən onlardan güclüyəm. Çempion titulunu bir nəfər qazanmır, basketbol tennis və ya qolf deyil. Maykl Cordan gəldi və hamının zamanını korladı. Lebron Ceyms 10-12 il finallarda oynadı”.
Avqustun 13-də 41 yaşlı amerikalının Basketbolun Şöhrət zalına salındığı açıqlanıb. Ueyd üçqat MBA çempionu olmaqla yanaşı, 2006-da finalın ən dəyərli oyunçusu da sayılıb.