MBA bu il Ceyms Neysmit adına basketbolun Şöhrət zalına düşməyə namizəd olan şəxslərin siyahısını açıqlayıb.
Bu fəxri ada MBA-nın sabiq ulduzları Dueyn Ueyd, Dirk Novitski və Pau Qazol, həmçinin məşqçi Qreqq Popoviç iddialıdı. Finalçılar sırasında “Spers”in sabiq oyun qurucusu, 2007-ci ilin finalının MVP-si Toni Parker, Bekki Hemmon (qadın MBA-sının Ulduzların oyununun altıqat iştirakçısı) və Cennifer Azzi (1996-cı ilin olimpiya çempionu), məşqçilərdən Cin Kidi, Merian Vaşinqton, Qeri Bler və Devid Hikson da var. Yekun siyahı aprelin 1-də elan olunacaq. Yeni üzvlərin Şöhrət zalına salınmasıyla bağlı mərasim isə avqustun 12-də keçiriləcək.