Dünyaca məşhur sabiq basketbolçu Dirk Novitski basketbolun Şöhrət zalına salınma ilə bağlı tədbirdən gözləntilərini bölüşüb:
“Bu hələ də mənə qeyri-real hadisə kimi görünür. Əlbəttə, çox şadam, ancaq eyni zamanda, bu tədbir ərəfəsində bir qədər həyəcanlanır və əsəbləşirəm də. Ötən həftəsonu səyahətindən yenicə qayıtmışıq. Bir neçə maraqlı gün oldu, indi isə Şöhrət zalına düşməyə hazırlaşıram. Mərasimin başlaması üçün səbirsizlənirəm. Çox cəlbedici həftəsonu olacaq: bütün dünyadan çoxlu dostlarım və qohumlarım gələcək. Odu ki, səbirsizliklə əla vaxt keçirəcəyimizi gözləyirəm”.
"Football-plus.az" xəbər verir ki, almaniyalı Novitski 1998-2019-cu illər aralığında “Dallas”ın şərəfini qoruyub. 2011-ci ildə “Maveriks”in heyətində MBA çempionu olub. Onda komanda finalda Lebron Ceymsin də formasını geydiyi “Mayami”ni məğlub edib. MBA-nın Şöhrət zalına yeni üzvlərin salınmasıyla bağlı mərasim avqustun 12-də Sprinqfilddə keçiriləcək. Namizədlər arasında Dueyn Ueyd, Pau Qazol və məşqçi Qreqq Popoviç də var.