Avqustun 12-də ABŞ-ın Sprinqfild şəhərində basketbolun Şöhrət zalına yeni üzvlərin qəbulu ilə bağlı təqdimat mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, zalın yeni üzvləri arasında ən məşhurlar Dirk Novitski (“Dallas”ın sabiq oyunçusu), Toni Parker (“San-Antonio”, “Şarlott”), Pau Qazol (“Memfis”, “Leykers”, “Çikaqo”, “San-Antonio”, “Miluoki”), Dueyn Ueyd (“Mayami”, “Çikaqo”, “Klivlend”) və 1996-cı ildən “San-Antonio”ya rəhbərlik edən məşqçi Qreqq Popoviçdi.
Onlardan başqa Şöhrət zalına Bekki Hemmon (qadın MBA-sının Ulduzların oyununun altıqat iştirakçısı), 1976-cı ilin qadınlardan ibarət olimpiya yığması, həmçinin məşqçilər Cin Kidi, Qeri Bler, Cin Bess və Devid Hikson da salınıb.