MY yeni qapıçı axtarır

26.09.2023 20:51 204
Dünya futbolu
“Mançester Yunayted” yeni qapıçı axtarır.

“Football-plus.az” xəbər verir ki, bunu “Fichajes” portalı iddia edir. Bu mənbə İngiltərə klubunun rəhbərliyinin Andre Onananın çıxışından narazı olduğunu xəbər verib. MY-yə bu yay “İnter”dən transfer olunan kamerunlu qapıçı artıq bir neçə dəfə ciddi səhvə yol verib.

“Fichajes”in xəbərində klubun Yan Oblakı hədəfə aldığı da bildirilib. Sloveniyalı hazırda “Atletiko”nun qapısını qoruyur.