Neymar İngiltərə klubunda - İDDİA

19.03.2022 14:10 527
Dünya futbolu
Neymar karyerasını İngiltərədə davam etdirə bilər.

Bu məlumatı "Fichajes" portalı yayıb. Xəbərdə braziliyalı ilə "Nyukasl"ın yaxından maraqlandığı bildirilib.

İngiltərə klubunun rəsmiləri Neymarın meneceri ilə danışıqlara başlayıb. Futbolçunun özünün də mövsüm sonunda Parisi tərk etmək istəyində olduğu iddia edilir.