"İnter"də yeni qapıçı

1.07.2022 21:53 467
Dünya futbolu
"İnter" "Ayaks"ın qapıçısı Andre Onananı transfer edib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, kamerunlu qolkiperlə 5 illik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün təzminat ödəməyib.

Qeyd edək ki, 26 yaşlı oyunçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq.