“İnter” qapıçı problemini yoluna qoyub. Emil Audero Milan klubuna qoşulub.
“Football-plus.az” xəbər verir ki, o, “Sampdoriya”dan icarəyə götürülüb. Emil Genuya klubunda 2018-ci ildən çıxış edir. “Yuventus”un yetirməsi yeni komandasında “Mançester Yunayted”ə satılan Andre Onananın yerini tutacaq. 26 yaşlı Audero son mövsümdə A seriyasında 25 oyun keçirib və 6 matçda qapısını toxunulmaz saxlayıb.