David de Xea yeni mövsümə də “Mançester Yunayted”də başlayacaq. Amma onun komandadakı statusu dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, MY bu yay heyətinə yeni qapıçı cəlb edəcək.
“The Guardian” qəzetinin məlumatına görə, İngiltərə klubu “İnter”in qapıçısı Andre Onananı almaq istəyir. Ümumiyyətlə, “Yunayted”in məşqçiləri və əksər azarkeşləri Daviddən narazıdı. Buna səbəb onun qeyri-sabit çıxış etməsidi. “The Guardian”ın xəbərində Onananın “Yunayted”ə keçməyə hazır olduğu da bildirilir. Bir neçə gün əvvəl 27 yaşlı qapıçı ilə “Çelsi”nin də maraqlandığı bildirilmişdi.