• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahruddin yenə “Qarabağ”ı “dəfn etdi” - REPORTAJ

Manşet / Reportaj

27-07-2023, 13:0

Oyun möhtəşəm ab-havada start götürdü.

İlk dəqiqələrdən azərbaycanlı azarkeşlərin mükəmməl dəstəyi hiss olunurdu. Stadionda əsl çempionların mübarizəsinə layiq atmosfer var idi. “Qarabağ”ın müdafiəsindəki problemlər ilk dəqiqələrdən açıq-aşkar hiss olunurdu. Veşoviçin bir gün əvvəlki məşqdə zədələnməsi işləri lap korlamışdı. Onun mövqeyində çıxış edən Toralın matçın əvvəlindən ikili mübarizələrdə rəqibə uduzması heç də xoş mənzərə deyildi.

Etiraf etmək lazımdı ki, ilk 15 dəqiqə meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Ağdamlılar heç cür topa nəzarət edə bilmirdi. Lakin vaxt keçdikcə “köhlən atlar” özünə gəlməyə başladı. Çempionumuz 24-cü və 33-cü dəqiqələrdə Leandro ilə qola çox yaxın oldu. Hələ tirdən qayıdan top azarkeşlərə saç-baş yoldurdu.

İlk hissənin ikinci yarısında ağdamlılar üstün oyun sərgiləsələr də, hesab açılmadı. Fasilədən sonra da üstünlük “köhlən atlar”ın tərəfində idi. Lakin bu cəmi 6-7 dəqiqə çəkdi. 55-ci dəqiqədə Elvinlə Şahruddinin anlaşmazlığı üzündən “Qarabağ” yersiz qol buraxdı. Burda müdafiəçinin səhvi bir idisə, Şahruddində bu pay üç idi. Çünki qolkiper topun istiqamətinə nəzarət edə, əlində saxlaya, Elvinə isə “mən götürürəm” deyə bilmədi.

Qoldan sonra “köhlən atlar” toparlanmaq əvəzinə bir qədər də ruhdan düşdü. Əslində Yankoviç nələrsə etməyə çalışırdı. Lakin komandanın oyununda eniş var idi. Şahruddinin də şousu kollektivə daha çox təsir edirdi. Elvinin 70-ci dəqiqədə zədələnərək meydandan çıxması vəziyyəti bir qədər də pisləşdirdi. Elə 1 dəqiqə sonra sağ cihandan ötürmədən sonra Fabian başla topu qapıdan keçirdi. Burda Şahruddinin nə etmək istədiyini heç kim başa düşmədi. Şərhçi Elnur Məmmədli demişkən, “belə qolları mən məktəbdə futbol oynayanda buraxırdım”.

Açığı, 0:2-dən sonra hər şeyin bitdiyini düşünsək də, vəziyyət bu qədər faciəvi deyilmiş. “Qarabağ” dərhal hücuma atılaraq 4 dəqiqə ərzində iki möhtəşəm qol vurdu. Hər iki epizodda da qəhrəman Cica idi. O, dubl edərək hesabı bərabərləşdirdi.

Qurban Qurbanov dəyişikliklər edərək oyunda tam geridönüş etmək istəsə də, Şahruddin ona mane oldu. Qarşılaşmaya əlavə olunan 1-ci dəqiqədə yeni transfer Kittel möhtəşəm zərbə ilə komandasına qələbə qazandıran qolu vurdu. Burda da qolkiperimiz topa gec reaksiya verdiyi üçün rəqib fərqlənə bildi. Amma adamın üstündə Allah var. Zərbə də çox möhtəşəm idi.

Beləliklə, Şahruddinin sayəsində “Qarabağ” səfərdən 3:2 hesablı məğlubiyyətlə dönür. “Rakuv” o qədər də böyüdüləsi rəqib deyil. Qurban Qurbanov komandanın səhvlərini təhlil etsə, Şahruddinin belə yersiz səhvlərinə çarə tapa bilsə, Bakıda qələbə qazanaraq növbəti mərhələyə keçən “Qarabağ” olacaq. Cavab görüşü isə avqustun 2-d’ Bakı Olimpiya Stadionunda keçiriləcək.

Gözdən qaçmadı
* "Qarabağ"ın prezidenti Tahir Gözəl də oyunu stadiondan izləyirdi. O, görüşdən əvvəl paltardəyişmə otağında olub, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçular ilə görüşüb. Klub prezidenti komandaya dəstəyini nümayiş etdirib.
* Qarşılaşmanı 250 nəfərə yaxın azərbaycanlı azarkeş izləyirdi. Onların fəallığı “CBC Sport” ekranından belə hiss olunurdu. Soydaşlarımızın komandaya dəstəyi, “Azərbaycan” sədaları açıq-aşkar eşidilirdi.
* Matçın 44-cü dəqiqəsində azərbaycanlı azarkeşlər “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirdi.
* İlk hissə bitən kimi Şahruddin topdaşıyan uşaqlarla söhbətləşdi. Yekunda onlardan birinin başından öpərək “dəri kürə”ni ona verdi. İkinci hissənin əvvəlində uşaqlardan biri topu Elvinə vermək istəmədi. Millimizin üzvü onun üstünə qışqıraraq topu verməsini tələb etdi. “Rakuv”un fiziki hazırlıq üzrə məşqçinin tələbindən sonra topdaşıyan “dəri kürə”ni Elvinə verdi.
İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Reportaj / Çempionlar Liqası

20-07-2023, 13:0

"Qarabağ" darmadağınla Polşa çempionuna rəqib oldu - REPORTAJ

Çempionlar Liqası

13-07-2023, 15:0

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 23:0

“Qarabağ”ın qol vurmayanda da qisməti olur... - REPORTAJ

Aktual / Reportaj

17-05-2023, 15:0

Xeyriyyə matçı azarkeşlərin zövqünü oxşadı - REPORTAJ

Ölkə kuboku / Reportaj

27-04-2023, 13:0

"Neftçi" 11-ci dəfə finala adladı! - REPORTAJ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 322
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə