• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” üçün Çempionlar Liqası erkən bitdi - REPORTAJ

Manşet / Reportaj / Çempionlar Liqası

3-08-2023, 13:0

Çenstoxovadakı oyundan sonra bəlli idi ki, Bakıda qarşılaşmaya ağdamlılar daha istəkli başlayacaq. Bütün tənqidlərə rəğmən, həmin oyunun "qəhrəmanı” Şahruddin yenə əsas heyətdə yer almışdı.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanov, ümumiyyətlə, ilk "11-liy"i dəyişməyi lazım bilməmişdi. İlk 15 dəqiqədə topa ancaq "köhlən atlar" nəzarət etdi. Qonaqlar isə ağdamlıların səhvlərindən yararlanmağa, əks-hücumlar qurmağa çalışırdı. "Qarabağ" daha çox cinahlara meyl edirdi. Solda Zubir, sağda Leandro "Rakuv" müdafiəçilərinə çətin anlar yaşadırdı. Bütün bunlara baxmayaraq, rəqibin sıx müdafiəsini yarmaq alınmırdı.

Yavaş-yavaş "Rakuv" futbolçularında özünəinam artırdı. Qonaqlar artıq hücumlar qurmağa çalışırdı. Görüşdə ilk təhlükəli vəziyyəti də polşalılar yaratdı. 24-cü dəqiqədə müdafiənin arxasına atılan topu Çebulya qəbul edərək irəlilədi. Lakin Medina cəld davranaraq vingerin fərqlənməsinə imkan vermədi.

Matçın ilk üçdəbir hissəsi o qədər də maraqlı keçmədi. Azarkeşlər hər iki tərəfin ehtiyatlı oyununa şahidlik edirdi. Lakin 31-ci dəqiqədən sonra ağdamlılar təzyiqi artırdı. Həm sağ, həm də sol cinahdan qapı istiqamətinə asmalar olsa da, sonda bu ötürmələri zərbə ilə tamamlamaq mümkün olmurdu. Zaman keçdikcə "Qarabağ"ın topa nəzarəti daha da artırdı. Lakin "köhlən atlar" istədiyi kimi hücum qura bilmirdi. 43-cü dəqiqədə Toralın sağ cinahdan ötürməsinə toxuna bilən olmadı. İlk hissəyə əlavə olunan 3-cü dəqiqədə isə ankoviçin uzaqdan zərbəsini Kovaçeviç çətinliklə dəf etdi. Beləliklə, 45 dəqiqə ərzində qapılara qol vurulmadı.

Fasilədə komandalar hansısa dəyişiklik etmədi. İkinci hissə başlayan kimi ağdamlılar hücuma atıldı. 46-cı dəqiqədə Benzya yenə diqqət mərkəzinə düşdü. Onun zərbəsinin qarşısını Kovaçeviç çətinliklə aldı. 52-ci dəqiqəsində isə hesab açıldı. Topla bir qədər reyd edən Tudor qüvvətli zərbə ilə Şahruddini məyus etdi.

Ağdamlılar qoldan sonra həvəsdən düşmədilər, daha kəsərli hücumlar qurmaq üçün topu özündə saxlayaraq cinahlara meyl etdilər. 60-cı dəqiqədə isə hesab bərabərləşdirdi. Elvinin ötürməsinu Cica bir toxunuşla qapıya göndərdi. Bu, albaniyalının Çempionlar Liqasının cari mövsümündə 5-ci, sonradan aydın olacaqdı ki, həm də sonuncu qolu idi.

Azarkeşlərin möhtəşəm dəstəyi ilə ağdamlıların daha da fəallaşdı. 62-ci dəqiqədə Toral qola yaxın oldu. Onun asması qapıya doğru yönəlsə də, son anda Kovaçeviç topun qapıdan keçməsinə imkan vermədi. Bundan sonra "Rakuv" bir qədər fəallığı artırdı. Lakin "Qarabağ" müdafiəsi etibarlı oynayaraq növbəti qolun vurulmasına imkan vermədi.

70-cü dəqiqədə Elvinin ötürməsini Yankoviç birbaşa qapıya göndərsə də, top dirəyə dəyib meydanı tərk etdi. Zaman keçdikcə "Rakuv" daha çox müdafiə olunur, hər fürsətdə vaxt aparırdı. Qurban Qurbanov taktiki gediş edərək Elvini Diakabi ilə əvəzlədi. Komanda faktiki 3 müdafiəçi, 5 hücumameyilli futbolçu ilə oynayırdı. Lakin bu da işə yaramadı. Ağdamlılar 7 uzatma dəqiqəsi ilə birgə 12-13 dəqiqə ərzində "Rakuv"u qapısına sıxsa da, qol vura bilmədi. Qonaqlar tez-tez ora-burasını tutub yerə yıxılır, vaxt öldürürdü. Ancaq “Qarabağ” günahı ilk növbədə özündə axtarmalıdı. Necə deyərlər, özü yıxılan ağlamaz! Ağdamlılar artıq mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. HİK-lə ilk oyun avqustun 10-da Bakıda, cavab görüşü isə 17-də Finlandiyada keçiriləcək.

Gözdən qaçmadı

* "Linkoln Red İmps"lə görüşdən fərqli bu qarşılaşmada BOS-da meydanın kənarlarında elektron reklam lövhəsindın istifadə olunurdu.
* Həmin lövhədə "United Sport" və "TVnet.az" şirkətlərinin reklamının olması diqqətimizdən yayınmadı.
* Havanın isti və rütubətli olması oyuna təsir edirdi. Bu səbəbdən də almaniyalı referi Sven Yablonski hər hissədə bir dəfə su fasiləsi verdi.
* Tribunlarda azsaylı "Rakuv" azarkeşləri nəzərə çarpsa da, "Qarabağ" fanatları onların səslərinin çıxmasına imkan vermirdi.
* 88-ci dəqiqədə "Qarabağ" künc zərbəsindən topu oyuna daxil etdikdən sonra hakim Medinanın Arseniçə qarşı qaydanı pozduğunu bildirərək cərimə zərbəsi təyin etdi. Başda Qurban Qurbanov olmaqla "Qarabağ"ın ehtiyat oyunçular skamyası 4-cü hakimə etiraz etdi.
* 88-ci dəqiqədə yaşananlardan sonra Qurban Qurbanov sarı vərəqə ilə cəzalandı. Lakin həmin vərəqə nə UEFA-nın saytında, nə də digər platformalarda göstərilib.
* Qarşılaşma bitəndən sonra Şahruddin Məhəmmədəliyevin rəqib qolkiperlə forma dəyişməsi maraqlı məqamlardan idi.
* "Qarabağ"ın əsas azarkeş qruplarından olan "İmarət" komanda məğlub olsa da, böyük coşqu ilə alqışlayaraq dəstək oldu.
* "Qarabağ" məğlub olsa da, jurnalistlər mətbuat konfransında xoş süprizlə qarşılaşdılar. Qonaq komandanın mətbuat xidməti media mənsublarına "Qarabağ" - "Rakuv" matçının şərfini və braşürünü bağışladı.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

13-07-2023, 15:0

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Manşet / Çempionlar Liqası

2-08-2023, 21:0

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

Reportaj / Çempionlar Liqası

20-07-2023, 13:0

"Qarabağ" darmadağınla Polşa çempionuna rəqib oldu - REPORTAJ

Manşet / Reportaj

27-07-2023, 13:0

Şahruddin yenə “Qarabağ”ı “dəfn etdi” - REPORTAJ

Çempionlar Liqası

13-07-2023, 16:0

“İlk 20 dəqiqədən sonra qonaqların özünəinamı isti havanın da təsiri ilə buxarlandı”

Premyer-liqa / Reportaj

4-05-2023, 12:0

Neftçi" 4-cü cəhddə də "Qarabağ"ı məğlub edə bilmədi - REPORTAJ

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Son xəbərlər
  • Bu gün, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Bu gün, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Bu gün, 21:35
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Bu gün, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Bu gün, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Bu gün, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Bu gün, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Bu gün, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Bu gün, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Bu gün, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Bu gün, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Bu gün, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 491
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 198
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə