• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə yığmasında Kunts dönəmi başa çatdı! - TƏHLİL

Dünya futbolu

22-09-2023, 13:0

Türkiyə futbolu növbəti ciddi dəyişikliyin astanasındadı. Son günlərdə Ştefan Kuntsun istefaya göndəriləcəyi ilə bağlı yayılan şayiələr dünən rəsmi təsdiqini tapdı.

Türkiyə yığmasının AÇ-2024-ün seçmə mərhələsində yer aldığı qrupda durumu faciəvi olmasa da, Türkiyə Futbol Federasiyası belə vacib məqamda məşqçi dəyişikliyinə getməyi lazım bildi.

Ermənistanı evdə yenə bilməmək sonun başlanğıcı oldu

Əslində Kuntsla Türkiyə futbol ictimaiyyəti arasında hələ Ermənistanla bərabərlikdən sonra uçurum, fikir ayrılığı yaranmağa başladı. Təcrübəli mütəxəssis məsələyə öz prizmasından yanaşaraq “hər şey qaydasındadı” deyirdi. Bəlkə də onun pəncərəsindən baxanda həqiqətən də hər şey qaydasında görünürdü. Məsələnin duyğusal və psixoloji tərəfi onu maraqlandırmırdı. Elə Yaponiyaya məğlubiyyətdən sonra da onun baxış tərzi dəyişmədi. Kunts yalnız “seçmə mərhələdə durumumuz qənaətbəxşdi” və “komanda mənim dönəmimdə 20 oyunun yalnız 5-də uduzub” kimi sözlərlə özünü təmizə çıxarmağa çalışırdı. Məsələyə Türkiyə futbol ictimaiyyətinin pəncərəsindən baxanda isə ortaya tam başqa mənzərə çıxırdı. Ötən il zatən Kuntsun komandası Millətlər Liqasında Farer Adaları (1:2) və Lüksemburq (3:3) ilə oyunlarda biabırçı nəticələr əldə etmişdi. Ermənistanı evdə yenə bilməmək isə sonun başlanğıcı oldu. Kunts bəlkə sona qədər də anlamadı ki, Ermənistanla oyunun qazancı təkcə 3 xalla ölçülmürdü. Onun Yaponiya ilə qarşılaşmadan sonra futbolçuları aşkar şəkildə tənqid etməsi, bəzilərinin yığmada var güclə oynamadaqlarını dilə gətirməsi komandada ab-havanın qaydasında olmadığını göstərdi.

Sentyabrın 19-da Türkiyə mətbuatında və sosial şəbəkələrdə Kuntsun bu vəzifədə “son saatlarını yaşaması” barədə xəbərlər peyda olmağa başladı. Əvvəlcə əsas namizədlər kimi Yoahim Löv, Vinçentso Montella və Abdulla Avcı göstərilirdi. Sonra xəbər çıxdı ki, Almaniyanın başında dünya çempionu olmuş Löv TFF-nin təklifini geri çevirərək Türkiyəni çalışdırmaqdan imtina edib. Türkiyəli həmkarlarımızın əlaqə saxladığı Montella qısaca bunları dedi: “Sizə bu barədə heç bir məlumat verə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, belə vəzifədə çalışmaqdan böyük qürur duyaram”. Daha sonra gün ərzində Abdulla Avcı ilə bağlı maraqlı statistik məqamlar ortaya atıldı. Məlum oldu ki, bütün namizədlər arasında son 10 ildə çalışdırdığı kollektivlərin başında ən çox qələbə qazanan mütəxəssis məhz Avcıdı (369 oyun, 192 qələbə)! Daha sonra Tolunay Kafkas və Rza Çalımbay kimi təcrübəli məşqçilər də öz fikirlərini bildirərək yığmanın başında yerli mütəxəssis görmək istədiklərini vurğuladılar. Qızğın müzakirələrin getdiyi məqamda TFF rəsmi bəyanat yayaraq Kuntsun istefaya göndərildiyini təkzib etdi və sentyabrın 20-də məşqçi ilə toplantı keçiriləcəyini açıqladı.

Rekord göstərici də Kuntsu xilas etmədi

Kuntsla TFF prezidenti Mehçet Büyükekşi arasında dünən günorta saatlarında başlayan görüş təxminən 2 saat davam etdi. Almaniyalının federasiyanın binasından üzgün şəkildə çıxması və heç bir açıqlama vermədən maşınına əyləşərək ordan uzaqlaşması diqqətdən qaçmadı. Çox keçmədən federasiyadan gözlənilən bəyanat gəldi:

“TFF-nin idarə heyəti olaraq, yığmamızın baş məşqçisi Ştefan Kunts ilə bu gün keçirdiyimiz toplantının ardından onunla peşəkar münasibətlər çərçivəsində yolların ayrılmasına qərar verilib. Kuntsa yığmamıza verdiyi fayda üçün təşəkkürümüzü bildirir, bundan sonrakı həyatında uğurlar arzulayırıq”.


Beləcə 2021-ci il sentyabrın 20-də mətbuat önündə üçillik rəsmi müqaviləyə imza atan Kunts 2023-cü il sentyabrın 20-də, yəni düz 2 ildən sonra istefaya göndərildi! Bu müddətdə Türkiyə keçirdiyi 20 qarşılaşmadan 12 qələbə, 3 heç-heçə, 5 məğlubiyyətlə ayrıldı. Xal hesabı ilə götürsək, bu, 39 xal deməkdi. Yəni orta hesabla hər oyuna 1,95 xal düşür. Heç də pis göstərici deyil. Hətta daha dəqiq desək, Türkiyə yığması tarixinin ən yaxşı göstəricidi! Çünki buna qədər orta hesabla hər oyuna toplanılan xal baxımından rekord (1,8) Fatih Terimlə (135 oyun, 70 qələbə, 33 heç-heçə, 32 məğlubiyyət, 243 xal) Ərsun Yanala (15 oyun, 8 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, 27 xal) məxsus idi. Amma göründüyü kimi, hətta tarixin ən yaxşı nəticəsi də Kuntsu istefadan xilas etmədi. Onu da bildirək ki, “Sabah” nəşrinin versiyasına görə, TFF Kuntsa 1,2 milyon avro təzminat ödəyəcək. Bu məbləğ gələn ilin iyununa qədər 60 yaşlı mütəxəssisə ödəniləcək.

Yeni məşqçi kimdi?

Düşünmək olardı ki, Kuntsla yolların ayrılmasının ardından TFF yerli məşqçiyə üstünlük verəcək. Bu baxımdan federasiyada fikirlər müxtəlif idi. İddia olunurdu ki, Mehmet Büyükekşi Vinçentso Montellanın, yığmanın nəticələrinə cavabdehlik daşıyan baş yönətici Həmit Altıntop isə Abdulla Avcının tərəfdarıdı. Kunts federasiyanın binasını tərk etdikdən sonra Altıntop da daxil olmaqla TFF-nin idarə heyətinin üzvləri arasında toplantı keçirildi. Bu yazı dərc olunarkən hələ də qurum tərəfindən yeni məşqçi ilə bağlı rəsmi açıqlama verilməmişdi. Amma Türkiyə mətbuatında və saytlarında ortaya atılan çoxsaylı iddialara görə, “ay-ulduzlular”ın yeni çalışdırıcısı italiyalı Vinçentso Montella olacaq! Rəsmi açıqlamanın qısa müddətdə veriləcəyi gözlənilir.
Hərçənd Kuntsun Montella ilə əvəzlənməsi o qədər də məntiqli addım kimi görünmür. Çünki italiyalının almaniyalıdan elə də ciddi üstünlüyü yoxdu. Düzdü, Montella son illərdə Türkiyədə çalışıb və Türkiyə futbolunu yaxından tanıyır. Amma Kunts da 2 il idi Türkiyədəydi və artıq bu ölkənin futbolunu tanıyırdı. Kunts, heç olmasa, Almaniyanın gənclər yığması ilə böyük uğurlar qazanmışdı. Montellanın isə məşqçi karyerasında 2016-da “Milan”la qazandığı İtaliya superkubokundan başqa heç bir titulu yoxdu! Daha öncə “Kataniya”, “Sampdoriya”, “Fiorentina”, “Milan” və “Sevilya”nı çalışdıran 49 yaşlı mütəxəssis 2021-ci ildən Türkiyədə çalışırdı. Montella “Adana Dəmirspor”u həqiqətən də yeni səviyyəyə qaldırmağı bacardı. Komanda onun başçılığı altında ilk mövsümü 9-cu, ötən mövsümü isə 4-cü pillədə tamamlayaraq tarixində ilk dəfə avrokuboklarda oynamaq haqqı qazandı. Amma Montella ötən mövsümün bitməsinə 3 tur qalmış Adana təmsilçisindən ayrıldı. Yayda onun “Fənərbaxça”nın başına keçəcəyi ilə bağlı çoxsaylı şaiyələr peyda olsa da, başqan Əli Koç sonda üstünlüyü İsmayıl Kartala verdi. “Adana Dəmirspor” Montella ilə ümumilikdə 76 rəsmi oyundan 38 qələbə, 17 heç-heçə, 21 məğlubiyyətlə ayrıldı ki, bu da hər oyuna orta hesabla 1,72 xal deməkdi. TFF-nin Montella ilə üçillik müqavilə imzalayacağı gözlənilir. Bu məşqçinin qarşısına AÇ-2024-ün, eləcə də DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulacaq. “Adana Dəmirspor”da olduğu kimi, Montellanın köməkçiləri funksiyasını onun həmyerliləri – Daniele Russo, Massimo Krivellero və Polino Pierpaulo yerinə yetirəcək. Əslində TFF məşqçilər korpusunda bir yerli mütəxəssisin olmasını da istəyir. Qurum xüsusilə də Nuri Şahinin tərəfdarıdı. Amma deyilənə görə, gənc mütəxəssis 2 ilə yaxındı çalışdırdığı “Antalyaspor”dan ayrılmaq istəməyərək təklifi geri çevirib. Sonda xatırladaq ki, gələn ay “ay-ulduzlular”ı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Xorvatiya və evdə Latviya ilə olduqca vacib qarşılaşmalar gözləyir.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-05-2023, 12:0

Türkiyə yığmasında Kunts dönəmi başa çatdı?!

AÇ

26-03-2023, 10:0

Türkiyə yığmasından İrəvanda əzmkar qələbə

Dünya futbolu

10-09-2023, 23:0

Türkiyə yığmasının baş məşqçisi dəyişəcək?

Dünya futbolu

13-09-2023, 23:0

TFF Kuntsu qovmağa tələsmir

Dünya futbolu

18-09-2023, 11:0

TFF başqanı: “Kunts bu sözlərlə öz ayağına atəş açdı!”

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə