AÇ-2024-ün seçmə mərhələsində 1-ci turun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvandakı görüşdə Türkiyə yığması 2:1 hesablı əzmkar qələbə qazanıb.
Bu matç sözügedən komandalar arasında ümumilikdə 3-cü oyun olub. Türkiyə və Ermənistan bundan əvvəl DÇ-2010-un seçmə mərhələsində eyni qrupda yer alıblar. Həmin vaxt Türkiyə Ermənistanı həm evdə, həm də səfərdə 2:0 hesabı ilə məğlub edib.