A seriyasında istefa

21.09.2023 18:35 234
Dünya futbolu
“Empoli” baş məşqçi Paolo Zanettini istefaya göndərib.

"Football-plus.az" xəbər verir ki, buna uğursuz nəticələr səbəb olub.

Komanda cari mövsümdə A seriyasında keçirdiyi 4 matçın hamısında uduzub. Zanetti “Empoli”nin baş məşqçi vəzifəsinə 2022-ci ilin yayında təyinat almışdı. Vakant posta “Empoli”ni artıq 3 dəfə çalışdırmış Aurelio Andreatsolinin təyin olunacağı xəbər verilir.