A seriyasında zəruri istefa

28.04.2022 18:56 611
Dünya futbolu
İtaliya çempionatında məşqçi istefası baş verib.

“Venetsiya”nı çalışdıran Paolo Zanetti komandanın ölkə çempionatında uğursuz çıxışı səbəbindən vəzifəsindən azad edilib. Kollektivi A seriyasının qalan 5 oyununa gənclərdən ibarət komandanın baş məşqçisi Andrea Sonçin hazırlayacaq.

Zanetti komandanı 2020-ci ilin avqustundan çalışdırırdı. “Venetsiya” 2021-ci ildə onun rəhbərliyi altında A seriyasına yüksəlmişdi. 33 oyuna 22 xal toplayan komanda hazırda turnir cədvəlində sonuncu - 20-ci yeri tutur.