“Napoli” “Yuventus”un yolu ilə gedir

15.11.2022 18:52 311
Dünya futbolu
“Napoli”nin uğurlu seriyası davam edir.

A seriyasında keçirdiyi son 11 oyunda xal itirməyən komanda zirvədə möhkəmlənib. Cənublular cari mövsümün ilk 15 oyunundan 13-də qələbə qazanmaqla yüksək liqada “Yuventus”un 4 dəfə müəyyən etdiyi göstəricini təkrarlayıblar.

Qeyd edək ki, Turin klubu 1949, 2005, 2013 və 2018-ci ildə mövsümün ilk 15 oyunundan azı 13-nü qələbə ilə başa vurub.