“Tottenhem” yeni qapıçı transfer edib.
"Football-plus.az" xəbər verir ki, London klubu “Empoli”dən Qulyelmo Vikarionun keçidini həll edib. Onunla müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Paytaxt klubu bu transfer üçün İtaliya klubuna 19 milyon avro ödəyib.
İtaliyalı qolkiper daha əvvəl “Udineze”, “Kalyari” və “Peruca”da da çıxış edib. Vikario son mövsümdə A seriyasında “Empoli”nin 31 oyununda qapını qoruyub.