• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” bu il əzəli rəqibi ilə bacara bilmir – TURUN ŞƏRHİ

Dünya futbolu

20-09-2023, 23:0

A seriyasında 3-cü turdan sonra yalnız iki komanda xal itirməmişdi. Zirvəyə sahib çıxan Milan klubları şənbə günü haqq-hesabı öz aralarında çəkdilər. Nəticə, daha doğrusu, hesab çox gözlənilməz oldu.

Turun sentyabrın 16-da Turində keçirilən ilk matçına da maraq böyük idi. Yerli “Yuventus” mövsümə zəif başlasa da, əvvəlki turun “Napoli” ilə səfər oyununda 2:1 hesabıyla qalib gələn “Latsio” üzərində inamlı qələbə qazandı. Massimiliano Alleqrinin komandası ilk hissədə iki cavabsız qol vuararq qələbəni böyük ölçüdə təmin etmişdi. Doğrudu, romalılar bir saatlıq mübarizə arxada qalandan sonra fərqi minimuma endirməklə oyuna intriqa qatdılar. Lakin paytaxt komandasının qol sevinci yalnız 3 dəqiqə çəkdi. Vlahoviçin ikinci qolu qonaqların müqavimət gücünü böyük ölçüdə heçə endirdi. 4 oyuna 10 xal toplayan “Yuventus” 2-ci yerə yüksəldi.

Ona görə ki, Milan derbisi əzəli rəqiblərdən birinin qələbəsi ilə nəticələndi. Təəssüf ki, “İnter” – “Milan” matçında ehtimal olunan rəqabət yalnız 2-ci hissənin ortalarına qədər yaşandı. İlk dəqiqələrdən rəqibi ilə müqayisədə bir qədər sönük görünən “Milan” həmin vaxta qədər yalnız 1:2 hesabı ilə geridə idi. Bundan sonra Stefano Pyolinin komandasına nə olduğunu demək çox çətindi. “İnter”in 3-cü qolu vurması “qırmızı-qaralar”a psixoloji cəhətdən çox pis təsir etdi. Bu səbəbdən qalan vaxtda daha iki top buraxan “Milan” 1:5 hesablı darmadağından qaça bilmədi. Simone İnzaqinin komandası ardıcıl 4-cü qələbə ilə vahid lider oldu.

Şənbə günü Genuyadakı matçda da maraqlı məqamlar yaşandı. “Napoli” az qala ardıcıl ikinci dəfə məğlub olacaqdı. A seriyasına bu yay qayıdan “Cenoa” ikinci hissənin əvvəlində hesabda iki top fərqi ilə önə çıxdı. Amma son çempion qalan vaxtda özündə güc taparaq evə bir xalla qayıtmağı bacardı. Artıq “Napoli”nin Rudi Qarsiyanın başçılğı altında əvvəlki mükəmməl oyununu sərgiləyə bilmədiyi göz qabağındadı.
İlk 3 turda 1 xal qazanan “Roma”, nəhayət, azarkeşlərini sevindirə bildi. Joze Mourinyonun komandası mövsümə uğursuz startın acığını “Empoli”dən çıxdı - 7:0!

4-cü tur
Yuventus – Latsio 3:1
Vlahoviç, 10; 67. Kyeza, 26 - Luis Alberto, 64. (40652)
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Kostiç (Kambyaso, 59), Lokatelli, Rabyo, Miretti (Facoli, 59), Makkenni (Vea, 72), Kyeza (Milik, 83), Vlahoviç (Ken, 84).
Latsio: Provedel, Hüsay (Luka Pelleqrini, 46), Romanyoli, Kazale, Maruşiç, Luis Alberto, Kataldi (Rovella, 46), Kamada (Genduzi, 78), Zakkanyi, Felipe Anderson (Pedro, 73), İmmobile (Kastelyanos, 68).
İnter – Milan 5:1
Mxitaryan, 5; 69. Türam, 38. Çalhanoğlu, 79-p. Frattezi, 90+3 – Leao, 57. (75771)
İnter: Zommer, A.Bastoni (De Vrey, 74), Açerbi, Darmian, Dimarko (Auqusto, 64), Dyumfris, Barella (Frattezi, 63), Mxitaryan, Çalhanoğlu (Asllani, 81), Lautaro Martines, Türam (Arnautoviç, 64).
Milan: Menyan, Ernandes, Tiav, Kyaer, Kalabriya (Florentsi, 77), Reynders (Yoviç, 77), Kruniç, Loftus-Çik (Musa, 86), Leao, Pulişiç (Çukvueze, 56), Jiru (Okafor, 77).
Cenoa – Napoli 2:2
Bani, 40. Retegi, 56 – Raspadori, 76. Politano, 84. (33275)
Napoli: Meret, Ruy (Olivera, 58), Juan Jezus, Estiqor, Di Lorentso, Zyelinski, Lobotka (Kayuste, 75), Zambo Angissa (Raspadori, 58), Kvaratsxeliya (Zerbin, 89), Elmas (Politano, 46), Osimhen.
Fiorentina – Atalanta 3:2
Bonaventura, 35. Lukas Martines, 45. Kuame, 76 - Koopmeyners, 20. Lukmen, 53. (23456)
Fiorentina: Terraçano, Parizi, Lukas Martines, Milenkoviç, Dodo (Biraqi, 74), Mandraqora (Artur, 63), Dunkan (Barak, 88), Brekalo, Bonaventura, Qonsales (Kuame, 63), Nzola (Beltran, 64).
Atalanta: Karnesekki, Kolaşinats, Skalvini, Toloy, Rucceri (Mirançuk, 80), Ederson, De Roon, Zappakosta (Paşaliç, 59), Koopmeyners (Adopo, 74), De Ketelare (Zortea, 59), Lukmen (Skamakka, 59).
Roma – Empoli 7:0
Dibala, 2-p.; 55. Sanşeş, 8. Qrassi, 35-öz qapısına. Kristante, 80. Lukaku, 82. Mançini, 86. (56000)
Roma: Patrisio, Ndika, Lyorente, Mançini, Spinatsola (Əl-Şaaravi, 84), Kristensen, Sanşeş (Bove, 46), Kristante, Paredes (Paqano, 75), Dibala (Belotti, 64), Lukaku (Azmun, 83).
Kalyari – Udineze 0:0
(17000)
Frozinone – Sassuolo 4:2
Şeddira, 45+4-p. Matsitelli, 70; 76. Lirola, 90+6 – Pinamonti, 7; 24. (13133)
Montsa – Leççe 1:1
Kolpani, 24 – Krstoviç, 3. (16000)
Salernitana – Torino 0:3
Buoncorno, 15. Radonyiç, 41; 50.
Verona – Bolonya 0:0

1. İnter 4 4 0 0 13-1 12
2. Yuventus 4 3 1 0 9-2 10
3. Milan 4 3 0 1 9-7 9
4. Leççe 4 2 2 0 7-4 8
5. Napoli 4 2 1 1 8-5 7
6. Frozinone 4 2 1 1 7-6 7
7. Torino 4 2 1 1 5-4 7
8. Fiorentina 4 2 1 1 9-9 7
9. Verona 3 2 0 1 4-4 6
10. Atalanta 4 2 0 2 8-5 6
11. Bolonya 4 1 2 1 3-4 5
12. Roma 4 1 1 2 11-6 4
13. Cenoa 4 1 1 2 4-7 4
14. Montsa 4 1 1 2 3-6 4
15. Latsio 4 1 0 3 4-7 3
16. Udineze 4 0 3 1 1-4 3
17. Sassuolo 4 1 0 3 5-9 3
18. Kalyari 4 0 2 2 1-4 2
19. Salernitana 4 0 2 2 3-8 2
20. Empoli 4 0 0 4 0-12 0
Bombardir: Lautaro Martines (İnter) - 5.

Növbəti turun oyunları sentyabrın 22-24-ü aralığında keçiriləcək: Salernitana – Frozinone, Leççe – Cenoa, Milan – Verona, Sassuolo – Yuventus, Latsio - Montsa, Empoli – İnter, Udineze – Fiorentina, Atalanta – Kalyari, Bolonya - Napoli, Torino - Roma.

Turun rəqəmi
5 – “Milan” bu il əzəli rəqibi ilə bacara bilmir. Komanda tarixində ilk dəfə derbidə ardıcıl 5-ci dəfə məğlub oldu. “İnter” əzəli rəqibinə bu il yanvarın 18-dən başlayaraq İtaliya Superkubokunda 3:0, A seriyasında 1:0, Çempionlar Liqasında isə 2:0 və 1:0 hesablarıyla qalib gəlmişdi. “Qara-göylər” sonuncu dəfə “qırmızı-qaralar”a 4 top fərqi ilə 2009-cu ilin avqustunda qalib gəlmişdilər. “İnter”in əzəli rəqibinin qapısından sonuncu dəfə 5 topu 1974-cü ilin martında (5:1) keçirdiyini də qeyd edək.

Turun ulduzu
Duşan Vlahoviç (Yuventus) – “Latsio” ilə matçı yüksək səviyyədə keçirdi. Vlahoviç 3:1 hesablı qələbədə dubl etməklə böyük rol oynadı. Serb hücumçu “Yuventus”un tarixinə ardıcıl ikinci mövsüm ilk 4 oyunda 4 qol vuran ilk futbolçu kimi düşdü. Onun komandası üçün perspektivli standart vəziyyətlər qazandığını da qeyd edək.

Turun sitatı
Stefano Pyoli, “Milan”ın baş məşqçisi: “İnter” güclüdü, bu, heç kimə təəccüblü görünmür. Amma təslim olmamalıydıq. Rəqib nəticəni müəyyən edə biləcək epizodlarda hiyləgərcəsinə oynadı. Bu baxımdan bizdən çox güclü oldu. Məndən olsaydı, ilk 70 dəqiqəni saxlayar və növbəti 15 dəqiqəni bir kənara atardım. Həmin dəqiqələrdə, sadəcə, oynamağı buraxdıq. Belə olmamalıydı. Nəticə bizim üçün çox ağır zərbə oldu. Amma bu darmadağın komandamıza oyununu yaxşılaşdırmaqda kömək edə bilər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

19-04-2023, 21:0

Romalılar üçün düşərli tur – TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 21:0

Milanlılar zirvəyə sahib çıxdılar, “Roma” son 73 ildə belə zəif start götürməmişdi - TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

17-09-2023, 13:0

Milan derbisində tarixi seriya

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 692
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 225
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə