Bu haqda xəbəri turnirin mətbuat xidməti yayıb. 24 yaşlı amerikalını əsas torda həmvətəni Cek Sok əvəz edəcək. Opelka zədə üzündən “Masters” seriyalı Monreal və Sinsinnati turnirlərini də buraxıb.
Qəzetimizin ötən sayında dünyanın 2 nömrəli kişi tennisçisi Aleksandr Zverevin də zədəyə görə “US Open”i buraxacağını xəbər vermişdik. Almaniya təmsilçisi sosial şəbəkədəki səhifəsində qərarını belə izah edib:
“Bu çox çətin qərar idi. Ancaq mən risk etmək istəmədim. Beşsetli görüşlərə başlamaq risk etmək olacaqdı. Təəssüf ki, optimal forma yığmağım üçün cəmi bir-iki həftə çatışmadı”.
