Nominantlar müəyyənləşdi

16.09.2023 23:58 213
Dünya futbolu
Fransa çempionatının yüksək divizionu olan Liqa 1-də avqust ayının ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, nominantların siyahısına 3 oyunçu daxil edilib. Onlar Takumi Minamino (Monako), Manuel Uqarte (PSJ) və Musa Əl-Tamaridi (Monpelye).

Qeyd edək ki, namizədlər Fransa Futbolçuların Həmkarlar İttifaqının üzvləri tərəfindən müəyyən edilib.