İlin ən yaxşı qapıçısı adına namizədlər müəyyənləşdi - SİYAHI

24.12.2022 23:41 462
Dünya futbolu
FİFA 2022-ci ilin ən yaxşı qapıçısı adına namizədlərin adlarını açıqlayıb. Siyahıya 7 oyunçu daxil edilib.

Football-plus.az xəbər verir ki, qurumun saytının yaydığı xəbərə görə, namizədlər sırasına Alisson (“Liverpul”, Braziliya), Yassin Bunu (“Sevilya”, Mərakeş), Tibo Kurtua (“Real”, Belçika), Dominik Livakoviç (Zaqreb “Dinamo”su, Xorvatiya), Mayk Menyan (“Milan”, Fransa), Emiliano Martines (“Aston Villa”, Argentina) və Manuel Noyer (“Bavariya”, Almaniya) layiq bilinib. Mükafatlandırma mərasimi gələn il fevralın 27-də keçiriləcək. Qalibə “The Best” mükafatı təqdim olunacaq.

Xatırladaq ki, ötən il ən yaxşı qapıçı mükafatını “Çelsi”nin və Seneqal millisinin oyunçusu Eduar Mendi qazanmışdı.