Premyer-liqada namizədlər müəyyənləşdi

28.03.2022 21:30 537
Dünya futbolu
İngiltərə premyer-liqasında mart ayının ən yaxşı məşqçisi və oyunçusu adına namizədlər müəyyənləşib.

Ən yaxşı məşqçi üçün nəzərdə tutulan mükafata Mikel Arteta (Arsenal), Yürgen Klopp (Liverpul), Antonio Konte (Tottenhem), Brendan Rocers (Lester) və Tomas Tuxel (Çelsi) iddia edirlər.

Bu ayın ən yaxşı oyunçusu adına namizədlər isə Metti Keş (Aston Villa), Tveror Çaloba, Kay Haverts (hər ikisi “Çelsi”), Endryu Robertson (Liverpul), Bukayo Saka (Arsenal), Harri Keyn, Deyan Kulusevski (hər ikisi “Tottenhem”) və Ayvan Tounidi (Brentford).