Xosep Qvardiola səhhəti ilə bağlı problemi arxada qoyub.
"Football-plus.az" xəbər verir ki o, baş məşqçisi olduğu “Mançester Siti”nin düşərgəsinə qayıdıb.
Klubun mətbuat xidmətinin məlumatında avqustun 22-də belindən əməliyyat olunan 52 yaşlı mütəxəssisin tamamilə sağaldığı bildirilir. Bu səbəbdən İngiltərə premyer-liqasında komandasının iki matçını buraxan Qvardiola iş başına qayıtdıqdan sonra artıq ilk məşqini keçirə bilib.
O, bu gün keçiriləcək “Vest Hem”ə qarşı matçda texniki zonada olacaq. Yeri gəlmişkən, MS 4 turdan sonra 12 xalla premyer-liqanın turnir cədvəlinə başçılıq edir.