Qvardiola əməliyyat olundu

25.08.2023 00:30 195
Dünya futbolu
Xosep Qvardiola əməliyyat olunub. “Mançester Siti”nin baş məşqçisi Barselonada cərrahi müdaxiləyə məruz qalıb.

"Football-plus.az" xəbər verir ki, O, son vaxtlar kürəyindəki ağrılardan əziyyət çəkirmiş. Bu səbəbdən mövsümün əvvəlində əməliyyat olunmağı lazım bilib. Əməliyyatın uğurla keçdiyi bildirilir. İspaniyalı çalışdırıcının iş başına sentyabrda milli komandaların oyunlarına görə klublar üçün nəzərdə tutulan iki həftəlik fasilədən sonra qayıdacağı gözlənilir. Qarşıdakı oyunlarda onun səlahiyyətlərini köməkçisi Xuanma Lilyo icra edəcək.