Braziliya Futbol Konfederasiyasının (BFK) Xosep Qvardiolanı milli komandanın baş məşqçisi təyin etmək istəməsi haqda xəbər yayılıb.
Bu xəbəri “Marka” qəzeti yayıb. Məlumatda bildirilib ki, ispaniyalı mütəxəssis DÇ-2022-dən sonra yığmadan gedəcək baş məşqçi Titenin əvəzinə əsas namizəddi. “Marka” artıq BFK-nın Qvardiolanın qardaşı olan agenti Pere Qvardiola ilə əlaqə saxladığını da yazıb. İddiaya görə, məşqçiyə vergiləri çıxmaq şərti ilə ilə 12 milyon avro maaşla 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər müqavilə təklif olunub.
Lakin 2016-cı ildən “Mançester Siti”ni çalışdıran Qvardiola ilə bağlı yayılan xəbər təkzib olunub. “TNT Sports Brazil” telekanalının məlumatında BFK-nın məşqçi ilə təmas qurmadığı və səbəbkarın MS-dən ayrılmağı planlaşdırmadığı bildirilib. Yeri gəlmişkən, katalon mütəxəssisin klubla müqaviləsinin müddəti 2023-cü ilə qədərdi.