• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yay dövrünün ən yaxşı 10 yerli transferi

Premyer-liqa / Manşet

15-09-2023, 19:0

“Qarabağ”ın azərbaycanlı futbolçuya ehtiyacı olmadı
Misli premyer-liqasının 2023/24 mövsümünün yay “transfer pəncərəsi” dövründə keçidi reallaşan ən yaxşı 20 əcnəbinin siyahısını nəzərinizə çatdırmışdıq.
Həmin yazını hazırlayarkən seçim etməklə bağlı problem yaşamışdıq. Çünki əcnəbilərin sayı yetərincə çox idi. Bu səbəbdən də mövqelər üzrə hər komandadan bir futbolçu seçməyə çalışdıq. Bu dəfə isə yayda reallaşan ən yaxşı yerli futbolçu transferlərinin siyahısını diqqətinizə çatdıracağıq.
Bu il komandalarımız az sayda yerli oyunçunun keçidini rəsmiləşdirib. Bu isə iki məqamdam xəbər verir: ya yerli futbolçu qıtlığı yaşayırıq, ya da premyer-liqa təmsilçiləri daha iddialı heyət formalaşdırmaq üçün əcnəbilərə üz tutub. Cari “futbol ili”ndə özümüzkülərə ən çox güvənən “Kəpəz”di. Gəncə təmsilçisi heyətini 7 oyunçu ilə gücləndirib. Təbii ki, bu da anlaşılandı. Sponsoru olmayan klub pula qənaət etmək üçün belə yola əl atıb. Bu göstəricidə sonuncu pillədə “Qarabağ” qərarlaşıb. “Köhlən atlar”ın azərbaycanlılara ehtiyacı olmayıb.

1. Kəpəz: Vurğun Hüseynov (Sumqayıt), Rüfət Əhmədov (Qəbələ), Əli Səmədov (Şamaxı), Ehtiram Şahverdiyev (Turan Tovuz), Elmir Tağıyev (Səbail), Vüsal Məsimov (Turan Tovuz), Şakir Seyidov (Sabah) – 7.
2-3. Səbail: Yusif Nəbiyev (Kəpəz), Süleyman Əhmədov (Sumqayıt), Rüfət Abdullazadə (Sumqayıt), Səlahət Ağayev (Qəbələ), Coşqun Diniyev (Zirə), Bahadur Həziyev (Şamaxı), Amil Yunanov (Şamaxı) – 6.
2-3. Araz-Naxçıvan: Turan Manafov (Səbail), Nihat Qurbanlı (Səbail), Nicat Süleymanov (Kəpəz), Elçin Mustafayev (Şamaxı), Abdulla Rzayev (Sabah), Zamiq Əliyev (Kəpəz) - 6.
4-5. Turan Tovuz: Fərid Nəbiyev (Kəpəz), Aydın Bayramov (Sumqayıt), Sərtan Taşkın (Zirə), Budaq Nəsirov – 4.
4-5. Sumqayıt: Mehdi Cənnətov (Zirə), Orxan Sadıqlı (Kəpəz), Rövlan Muradov (Qəbələ), Kamran Quliyev (Şamaxı) – 4.
6-7. Zirə: Məqsəd İsayev (Qəbələ), İsmayıl İbrahimli (Qarabağ), Fuad Bayramov (Şamaxı) – 3.
6-7. Neftçi: Emil Balayev (Səbail), Filip Ozobiç (Qarabağ), Qara Qarayev (Qarabağ) – 3.
8. Qəbələ: Rauf Hüseynli (Şamaxı), Rəşad Əzizli (Şamaxı) – 2.
9. Sabah: Rəhman Daşdəmirov (Şamaxı) – 1.
10. Qarabağ: 0.

Komandalarımız bu yay 36 yerli oyunçu transfer edib. Onlardan ən yaxşı saydığımız “10-luq” belədi:

1. Aydın Bayramov (Turan Tovuz): ötən mövsüm “Sumqayıt”dakı çıxışı alınmayan qolkiper ona doğma olan Ayxan Abbasovun yanına yollandı. Qapıçı cari “futbol ili”nə yaxşı başlayıb. 5 qarşılaşmanın üçündə qapısını toxunulmaz saxlayan Aydın bu mövsüm “boz qurd”un ən yaxşı transferlərindən sayılır.
2. Yusif Nəbiyev (Səbail): 2022/23 mövsümündə “Kəpəz”in kapitanı olan müdafiəçinin daha iddialı kluba keçəcəyi əvvəlcədən bəlli idi. 26 yaşlı futbolçu daha çox oynaya biləcəyi komanda axtarışında idi. Şahin Diniyevin də onu istəməsi Yusifin “Səbail”ə keçidinin əsas səbəblərindən oldu. “Dənizçilər”in heyətindəki performansı onun milli komandaya yolunu açdı.
3. Abdulla Rzayev (Araz-Naxçıvan): 2022/23 mövsümündə qış fasiləsindən sonra “Kəpəz”in əsas üzvlərindən olan müdafiəçinin “Sabah”a geri dönəcəyi gözlənilirdi. Lakin 21 yaşlı futbolçu “bayquşlar”a lazım olmadı. Bu səbəbdən də Murad Musayev Abdullanı yenidən icarəyə göndərdi. Azər Bağırovun əsas heyətdə daim oynatdığı müdafiəçi çıxışı ilə göz oxşayır.
4. Məqsəd İsayev (Zirə): “Qəbələ”nin heyətində ölkə kubokunu qazanan müdafiəçinin “Zirə”yə keçidi gözlənilməz oldu. Avrokuboklarda çıxış edən klubu tərk etmək də böyük cəsarət tələb edirdi. Lakin “qartallar”ın münasib təklifi və Rəşad Sadıqov amili transferin həyata keçməsinə səbəb oldu. Məqsədin Bakı təmsilçisindəki performansını yüksək qiymətləndirmək olar.
5. Fuad Bayramov (Zirə): 2022/23 mövsümünün kəşfi sol cinah müdafiəçisi idi. “Şamaxı”nın döyünən ürəyi sayılan Fuadın daha iddialı kluba keçəcəyi gözlənilirdi. Futbolçunu istəyən klublar arasında “Qəbələ”, “Sabah”, “Zirə” var idi. Yekunda Fuad Rəşad Sadıqovun komandasının üzvü olmaq qərarını verdi.
6. Qara Qarayev (Neftçi): “Transfer pəncərəsi”nin ən səs-küylü keçidi oldu desək, yanılmarıq. “Qarabağ”dan əsas heyətə düşmədiyinə görə ayrılan Qara “Neftçi”də premyer-liqa matçlarının hamısında meydanda olub. 31 yaşlı futbolçunun flaqmana xeyir verib-verməyəcəyini zaman göstərəcək. Lakin Adrian Mutunun millimizin üzvünə güvənməsi çox şeydən xəbər verir.
7. Rövlan Muradov (Sumqayıt): yayın ən uğurlu transferi adlandıra bilərik. Rövlan “Sumqayıt”ın heyətində 5 oyun ərzində möhtəşəm performans sərgiləyir. Bu görüşlərdə 2 qol vuran, 3 məhsuldar ötürmə verən yarımmüdafiəçi, təəssüf ki, De Byazinin diqqətindən kənarda qaldı.
8. Fərid Nəbiyev (Turan Tovuz): 2022/23-də “Kəpəz”in əsas simalarından olan yarımmüdafiəçinin “boz qurd”a keçidi gözləniıməz oldu. Lakin Ayxan Abbasov amili bu transferdə əsas rol oynayıb. Fəridin başqa variantları da var idi. Lakin o, Qərb bölgəsindən ayrılmayaraq “Turan Tovuz”u seçdi. Əsas heyətdə müntəzəm oynamaq istəyi də onyn belə qərar verməsinə səbəb oldu.
9. Filip Ozobiç (Neftçi): yığma üzvünün Azərbaycandakı karyerası olduqca maraqlıdı. “Qəbələ”də özünü sübut edən Ozobiç daha sonra “Qarabağ”ın əsas simalarından oldu. Onun “Neftçi”yə keçidi maddi səbəblərdən oldu. Flaqmanın səviyyəli yerli oyunçuya ehtiyacı var idi. Bu səbəbdən də yarımmüdafiəçinin istədiyi məbləğlə razılaşan Bakı təmsilçisi yayın ən yaxşı transferlərindən birini həyata keçirdi.
10. Kamran Quliyev (Sumqayıt): premyer-liqada həm yerli, həm də əcnəbi hücumçu qıtlığı yaşanır. Heç olmasa, 3-4 əcnəbi forvard adı çəkmək olur, özümüzkülərdə isə bu problemdi. Buna baxmayaraq, Kamran Quliyevin “Sumqayıt”a keçidini ən yaxşılardan hesab etmək olar. Ötən mövsüm özünü “Şamaxı”da yaxşı tərəfdən göstərən Kamranın “kimyaçılar”da da işləri qaydasındadı. Gənc forvardın da bu mövsümün ən yaxşılarından olacağını söyləyə bilərik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

4-06-2022, 10:0

"İndi Azərbaycanda futbolçu qıtlığı var" - Aqil Nəbiyev

Premyer-liqa / Manşet

11-07-2022, 16:0

Yaşar Vahabzadə istədi, rəhbərlik legioner axtarışına başladı

Ölkə futbolu / Manşet

29-05-2022, 18:0

"Belə “futbolçular"ı azərbaycanlı kimi sırımaqla ölkə futbolunu və yığmamızı zəlil günə qoyublar" -ÖZƏL AÇIQLAMA

Premyer-liqa / Manşet

24-01-2023, 18:0

Menecerlərin fəaliyyətində ciddi dəyişiklik yoxdu

Premyer-liqa / Manşet

7-09-2023, 22:0

Məşhur platforma açıqladı: Musa və Marqarita ən dəyərli futbolçulardı

Aktual
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
Son xəbərlər
  • Bu gün, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Bu gün, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Bu gün, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Bu gün, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Bu gün, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Bu gün, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Bu gün, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Bu gün, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Bu gün, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Bu gün, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Bu gün, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Bu gün, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 204
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə