Beynəlxalq Olimpiya Komitəsi (BOK) bəyan edib ki, qurumun İcra Şurasının 2028-ci ilin Olimpiadasının proqramı ilə bağlı sessiyaya çıxarmalı olduğu tövsiyələr hələ hazır deyil:
“BOK-un Olimpiada-2028-in proqramı ilə bağlı hesabatı hələ hazırlanmayıb. BOK ilə Los-Anceles Olimpiadasının təşkilat komitəsi arasında bu yöndə müzakirələr davam edir. Bunun da nəticəsi kimi, Olimpiada-2028-in idman proqramı BOK-un İcra Şurasının sonrakı iclaslarında müəyyənləşəcək”.
"Football-plus.az" xəbər verir ki, Los-Anceles Olimpiadasının proqramına salınmağa iddialı idman növləri sırasına flaq-futbol, karate, kikboksinq, beysbol-softbol, lakross, breykdans, skvoş, avtoidman və kriket daxildi.