"Əsgər Abdullayevin dəvətini qəbul edərək işə başladım”

7.09.2023 22:30 246
I liqa / Manşet
Məqsəd Yaqubəliyevin 1-ci liqada çıxış edəcək "İmişli"də köməkçi məşqçi olduğunu xəbər vermişdik.

O, baş məşqçi Əsgər Abdullayevlə birgə çalışacaq. Bilindiyi kimi, komandanın qarşısına qoyulan vəzifə çempion olmaqdı. Görəsən, yeni təyinatın gerçəkləşməsiylə bu yöndə hansı addımlar atılacaq? Komandanın son durumu necədi?

"Football-plus.az" olaraq, suallarımızı Məqsəd Yaqubəliyevə ünvanladıq:

"Əsgər Abdullayevin dəvətini qəbul edərək işə başladım. Komandanın hazırlıq səviyyəsi yaxşıdı. Ortaya qaneedici nəticələr və baxımlı oyun qoymaq istəyirik. Düzdü, bəzi məsələlərin həll olunması üçün zaman lazımdı. İnanıram ki, qarşıdakı müddətdə kiçik çatışmazlıqlar aradan qalxacaq. Ümidlərimiz böyükdü".

KƏNAN BAHADIR