Əsgər Abdullayevi kim əvəz edəcək?

15.08.2023 23:10 942
I liqa / Manşet
Təxminən bir aydı Əsgər Abdullayevin "İmişli"nin “sükanı arxasındadı”.

Amma komandanın məşqçilər korpusu tam formalaşmayıb. Belə ki, bölgə təmsilçisində Əsgər müəllimin əsas əvəzləyicisi bəlli deyil. Bəs baş məşqçinin köməkçisi kim olacaq? "Football-plus.az" olaraq, bu sualı aydınlaşdırmaq üçün "İmişli"nin idarə heyətinin sədri Aqşin Mürsəlova müraciət etdik:

"Baş məşqçi köməkçisi vəzifəsi vakant qalır. Düzdü, məşqçilər korpusunda Ruhid Usubov da yer alır. Amma Əsgər Abdullayevin köməkçisi və əvəzləyicisi məsələsində nöqtə qoyulmayıb. Bu həftə ərzində köməkçi məşqçinin adına aydınlıq gələcək və ictimaiyyətə açıqlama verəcəyik".

ABDULLA İSMAYILOĞLU