Məqsəd Yaqubəliyev Əsgər Abdullayevə kömək edəcək

24.08.2023 14:33 431
Aktual / Ölkə futbolu
Yeni mövsümdən 1-ci liqada çempionluğa oynayacaq "İmişli"də köməkçi məşqçilər kim olacaq? Baş məşqçi Əsgər Abdullayevə Ruhid Usubovdan başqa kimlər kömək edəcək?

Bu sualları aydınlaşdırmaq üçün klubun idarə heyətinin sədri Aqşin Mürsəlova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Əsgər müəllimin köməkçiləri artıq müəyyənləşib. Ruhid Usubovla yanaşı, köməkçi məşqçilər sırasında Məqsəd Yaqubəliyev və qapıçılarla işləyən mütəxəssis Elşad Tahirov da olacaq. Hər üç mütəxəssisə yeni işində uğurlar arzulayırıq"


ABDULLA İSMAYILOĞLU