• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

1995-ci ildən bəri ilk dəfə: bir gündə üç het-trik! - TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 20:0

Premyer-liqada mövsümün əvvəlində sensasiya azdı. 4-cü tur da istisna olmadı.

“Football-plus.az” xəbər verir ki, uzaqbaşı “Nottingem Forest”in “Çelsi” üzərindəki səfər qələbəsini qeyd etmək mümkündü. “Mançester Siti” qələbələri sıralamaqdadı. Holann het-trik etməklə bombardirlər siyahısında zirvəyə yüksəldi. Son Hın Minlə Ferqyuson da şənbə günü het-triklə yadda qaldı. Yeri gəlmişkən, premyer-liqada bir gündə üç het-trik sonuncu dəfə 1995-ci ildə qeydə alınmışdı. Evdə “Aston Villa”nı darmadağın edən “Liverpul” da qələbə yolundadı. Turun mərkəzi oyununda isə “Arsenal” “Mançester Yunayted”ə qalib gəldi.
Turun mərkəzi oyununda “Arsenal” MY-ni qəbul etdi. İlk yarı bərabər mübarizə şəraitində keçdi. Reşford 27-ci dəqiqədə hesabı açsa da, cəmi bir dəqiqə sonra Edeqor bərabərlik qolunu vurdu. Fasilədən sonra isə oyunun mənzərəsi kəskin şəkildə dəyişdi. “Arsenal” ərazi üstünlüyünü ələ keçirdi. Hissənin ortalarına yaxın Haverts yerdə qaldığına görə hakim qonaqların qapısına penalti təyin etdi. Ancaq VAR-dan gələn siqnalla bu qərar ləğv olundu. Sona yaxın “Yunayted” öz qapısına doğru sıxıldı. Qarnaço əks-hücumda qol vursa da, ofsayd üzündən sayılmadı. “Arsenal”ın təzyiqi, nəhayət, uzatma dəqiqələrində nəticə verdi. Sakanın yerinə yetirdiyi künc zərbəsi zamanı nəzarətsiz qalan Raysın zərbəsindən sonra müdafiəçiyə dəyən top Onananı da çaşdırdı. Hesabı bərabərləşdirmək üçün irəli atılan mankunianlar 11-ci (!) uzatma dəqiqəsində daha bir qol buraxdı. Jezus Dalotu aldadıcı hərəkətlə yerdə qoyandan sonra dəqiq zərbə vurdu.

“Siti” kağız üzərində “Fulhem”lə oyunda heç bir xüsusi problem yaşamamalıydı. “Şəhərlilər” darmadağınla qələbə qazansalar da, əsəbləşməli də oldular. Hesab yalnız 31-ci dəqiqədə açıldı. Amma “bağbanlar” tezliklə “status-kvo”nu bərpa etdi. “Siti” bir də 5-ci uzatma dəqiqəsində irəli çıxdı. Özü də mübahisəli şəraitdə! Akenin zərbəsi zamanı topun uçuş xətti üzərində dayanan Akanci ofsaydda olsa da, son anda çevrildi və VAR bu qolu qeydə aldı. Sonradan məhz bu qərarın həlledici olduğu göründü. 2-ci hissədə yalnız bir komanda qollar vurdu. 58-ci dəqiqədə təkbətək çıxan Holann fərqi artırdı. 12 dəqiqə sonra Alvaresə qarşı kobudluğa görə təyin olunan penaltini də norveçli qola çevirdi. Nəhayət, 5-ci uzatma dəqiqəsində het-trik də rəsmiləşdi.
“Stemford Bric”də cəmi bir qol vuruldu, o da “Çelsi”nin qapısına. “Zadəganlar” təşəbbüsə yiyələnsə də, ilk yarıda “Nottingem Forest”in qapısı önündə qol vəziyyəti yaratmaqda çətinlik çəkdi. Fasilədən sonra “meşəçilər” hesabı açdı. Pressinq altında səhvə yol verən Kaysedonun itirdiyi topu ələ keçirən Avonyi Elanqanın fərqlənməsinə şərait yaratdı. Bundan sonra meydanın özünə aid hissəsinə çəkilən qonaqlar qələbə hesabını qoruya bildi.

Turun açılış oyununda “Luton”la “Vest Hem” qarşılaşdı. Aşkar favorit sayılan “çəkicdöyənlər” bu statusu meydanda da doğrultdu. 37-ci dəqiqədə hesabı açan “Vest Hem” 85-ci dəqiqədə fərqi artırdı. “Luton” uzatma dəqiqələrində qollardan birinin əvəzini çıxa bildi.

“Bernli” ilə “Tottenhem” əsl qol festivalı təşkil etdi. Fosterin 4-cü dəqiqədə vurduğu qol “mahmızlar”ı ayıltdı. Onlar artıq ilk yarının önündə hesabda irəli çıxdı – Son Hın Min və Romero fərqləndi. 2-ci hissənin başlamasıyla qollar da sıralandı. Əvvəlcə Meddison fərqi artırdı. Ardından koreyalı üç dəqiqə aralığında iki dəfə fərqləndi. “Bernli” yalnız uzatma dəqiqələrində qollardan birinin əvəzini çıxa bildi.
“Liverpul” – “Aston Villa” oyununun məhsuldar keçəcəyi gözlənilsə də, qolları yalnız bir komanda vurdu. Soboslai 3-cü dəqiqədə “qırmızılar”ın heyətində qol hesabını açdı. Hissənin ortalarında müdafiəçi Keş “qapılar”ın yerini səhv saldı. 55-ci dəqiqədə Salahın vurduğu qol isə “nəzarət atəşi” idi. Qonaqlar bu oyunda hücumda heç nə ilə yadda qalmadı.

“Brayton” – “Nyukasl” oyunu ərəfəsində şanslar bərabər dəyərləndirilsə də, “sağsağanlar” ardıcıl 3-cü dəfə uduzdu. “Qağayılar” isə ardıcıl 3-cü qələbəsini qazandı. Ferqyuson 70-ci dəqiqədə het-triki rəsmiləşdirəndən sonra “Nyukasl” ayılsa da, qonaqların gücü yalnız təsəlli qolunu vurmağa çatdı.
Turun qalan oyunlarına gəlincə, “Bornmut”la qarşılaşan “Brentford” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirdi – 2:2. “Şeffild Yunayted” – “Everton” oyunu da bu hesabla bitdi. “Kristal Pelas” – “Vulverhempton” oyununda isə 5 qol vuruldu – 3:2.

4-cü tur
Arsenal – Mançester Yunayted 3:1
Edeqor, 28. Rays, 90+6. Jezus, 90+11 – Reşford, 27. (60192)
Arsenal: Remsdeyl, Zinçenko (Tomiyasu, 76), Qabriel, Saliba, Uayt, Edeqor (Jorjinyo, 90+8), Rays, Haverts (Vieyra, 76), Martinelli (Nelson, 90), Nketia (Jezus, 76), Saka.
MY: Onana, Dalot, Martines (Maquayr, 67), Lindelöf (Evans, 84), Van-Bissaka, Kazemiro, Eriksen, Reşford, Fernandeş, Antoni (Qarnaço, 84), Marsyal (Heylunn, 67).
Mançester Siti – Fulhem 5:1
Alvares, 31. Ake, 45+5. Holann, 58; 70-p.; 90+5. (52899)
MS: Ederson, Ake, Akanci, Diaş, Uoker, Rodri (B.Silva, 76), Kovaçiç (Fillips, 84), Dokyu (Qomes, 76), Alvares (Lüis, 90), Foden (Bobb, 90), Holann.
Bernli – Tottenhem 2:5
Foster, 4. Braunhill, 90+4 – Son Hın Min, 16; 63; 66. Romero, 45+2. Meddison, 54. (21750)
Tottenhem: Vikario, Udoci, Van de Ven, Romero, Porro, Sarr (Heybyerq, 68), Bissuma, Solomon (Perişiç, 68), Meddison (Emerson, 86), Kulusevski (Skipp, 86), Son Hın Min (Rişarlison, 72).
Çelsi – Nottingem Forest 0:1
Elanqa, 48. (39820)
Çelsi: Sançes, Koluill, Silva, Disasi, Hüsto (Mudrik, 77), Qallaher (Palmer, 62), Kaysedo (Maatsen, 77), Çiluell (Madueke, 62), Fernandes, Sterlinq, Cekson.
Liverpul – Aston Villa 3:0
Soboslai, 3. Keş, 22-öz qapısına. Salah, 55. (50109)
Liverpul: Alisson, Robertson, Qomes, Matip, Aleksander-Arnold (Kuansa, 71), Cons (Elliott, 65), Makallister (Endo, 87), Soboslai, Dias (Jota, 65), Nunyes (Qakpo, 65), Salah.
Luton – Vest Hem 1:2
Andersen, 90+2 – Bouen, 37. Zuma, 85. (10802)
Şeffild Yunayted – Everton 2:2
Arçer, 33. Pikford, 45+3-öz qapısına – Dukure, 14. Qruneveld, 55. (31124)
Brentford – Bornmut 2:2
Yensen, 7. Mbeumo, 90+3 – Solanke, 30. Bruks, 77. (16973)
Brayton – Nyukasl 3:1
Ferqyuson, 27; 65; 70 – Uilson, 90+2. (31620)
Kristal Pelas – Vulverhempton 3:2
Eduar, 56; 84. Eze, 78 – Hi Çan Hvan, 65. Kunya, 90+7. (24216)
1. Mançester S. 4 4 0 0 11-2 12
2. Tottenhem 4 3 1 0 11-4 10
3. Liverpul 4 3 1 0 9-3 10
4. Vest Hem 4 3 1 0 9-4 10
5. Arsenal 4 3 1 0 8-4 10
6. Brayton 4 3 0 1 12-6 9
7. Kristal Pelas 4 2 1 1 5-4 7
8. Brentford 4 1 3 0 8-5 6
9. Nottingem F. 4 2 0 2 6-6 6
10. Aston Villa 4 2 0 2 8-9 6
11. Mançester Y. 4 2 0 2 5-7 6
12. Çelsi 4 1 1 2 5-5 4
13. Fulhem 4 1 1 2 4-10 4
14. Nyukasl 4 1 0 3 7-7 3
15. Vulverhempton 4 1 0 3 4-8 3
16. Bornmut 4 0 2 2 4-8 2
17. Şeffild Y. 4 0 1 3 4-7 1
18. Everton 4 0 1 3 2-8 1
19. Luton 3 0 0 3 2-9 0
20. Bernli 3 0 0 3 3-11 0
Bombardirlər: Holann (MS) – 6, Mbeumo (Brentford), Ferqyuson (Brayton) – 4.
Növbəti turun oyunları sentyabrın 16-18-i aralığında keçiriləcək: Vulverhempton – Liverpul, Fulhem – Luton, Tottenhem – Şeffild Yunayted, Mançester Yunayted – Brayton, Vest Hem – Mançester Siti, Aston Villa – Kristal Pelas, Everton – Arsenal, Bornmut – Çelsi, Nyukasl – Brentford, Nottingem Forest – Bernli.

Faktlar
* Son Hın Min ötən ilin sentyabrından (“Lester” – 6:2) bəri ilk dəfə het-trik etdi. Koreyalı hücumçu premyer-liqada artıq 106 qol vurub. O, K.Ronaldo (103) ilə Droqbanı (104) geridə qoyaraq Bentə çatdı və liqa tarixində ilk “30-luğ”a daxil oldu.
* Holann premyer-liqada 2-ci mövsümündə 50 məhsuldar hərəkət həddini arxada qoydu. İndi norveçlinin hesabında 42 qol və 9 məhsuldar ötürmə var. Holann bunu cəmi 39 oyunda bacarıb. 43 oyunluq əvvəlki rekord Endi Koula məxsus idi. Holann həmçinin 13 ay ərzində 7-ci het-triki rəsmiləşdirdi. “Siti” formasını ilk dəfə ötən il iyulun 30-da geyən Erlinq bu müddətdə 7 oyunda ən azı 3 qol vurub.

* “Nottingem Forest” son 26 ildə ilk dəfə “Çelsi”ni məğlub etdi. “Meşəçilər” sonuncu dəfə 1997-ci il yanvarın 11-də bu rəqib üzərində qələbəyə sevinmişdi.

* “Brayton”un 18 yaşlı forvardı Ferqyuson premyer-liqa tarixinə 19 yaşa qədər het-trik etməyi bacaran 4-cü oyunçu kimi düşdü. Ona qədər belə nəticə ilə Bart-Uilyams, Fauler və Ouen (üç dəfə) yadda qalıb.

* Salah premyer-liqada ardıcıl 10 oyunda ya qol vurub, ya da məhsuldar ötürmə verib.

Turun rəqəmi
300 – Klopp premyer-liqada oyun sayını bu həddə çatdırdı. Almaniyalı mütəxəssisin hesabında 187 qələbə, 69 heç-heçə və 43 məğlubiyyət var. O, bir komandanın “sükanı arxasında” oyun sayına görə 4-cü yerdədi. Bu göstəricidə rekord (828) “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Vengerə məxsusdu. Sonrakı yerlərdə Aleks Ferqyuson (MY - 810) və Devid Moyes (Everton - 427) qərarlaşıb.

Turun ulduzu
Evan Ferqyuson (Brayton) – bir gündə üç het-trik qeydə alındığına görə seçim etmək çətin idi. Hər halda, biz Ferqyusonu seçdik. Ona görə ki, “Brayton”un rəqibi ÇL-də oynayacaq “Nyukasl” idi, MS ilə “Tottenhem”in rəqibləri daha aşağı statusdaydı.

Turun sitatı
Qabriel Aqbonlahor, İngiltərə yığmasının sabiq oyunçusu: “Çelsi”nin son üç “pəncərə”dəki xərcləri 1 milyard funtu ötüb. “Çelsi” “Nottingem”in qapısına 21 zərbə vursa da, bunlardan yalnız ikisi “çərçivə”yə getdi. “Çelsi” bir yığın ortabab futbolçu alıb. Mudrik sonradan meydana çıxdı və az qala iki qola səbəbkar olacaqdı. Tam faydasızdı. 19 oyunda bir qol da vurmayıb, komandanın oyun üslubunu da anlamır”.

Oyundan sonra
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Proses gedir, vaxt lazımdı. Düşünürəm ki, bugünkü oyunda dominantlıq etdik, qol vəziyyətləri yaratdıq, ancaq hücumun son anlarında dəqiqlik çatmadı. Qalib gəlmək istəyiriksə, qol vurmalıyıq. Biz isə səhvə yol verdik və uduzduq. “Nottingem”in xidmətlərini azaltmaq istəmirəm. Ancaq bizdə, sadəcə, həm müdafiədə, həm də hücumda daha doğru hərəkətlər çatmadı”.

Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Düşünürəm ki, erkən qol işə yaradı. Bunu məşqlərdə yoxlamışdıq. “Aston Villa”ya və Unay Emeriyə hörmətim böyükdü. Əksər komandalar onlarla oyunda çətinlik çəkəcək, ancaq bu gün biz həqiqətən güclüydük. Nə tələsdik, nə də hadisələri qabaqladıq, məhz buna görə də qələbə qazandıq”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Məhz belə qələbələr üçün çalışırıq. Burda hər şeyi xırda detallar həll edir. Komandalardan hər biri qələbə qazana bilərdi. MY əla komandadı, çox hazırlıqlıdı, rəqiblərinə problem yaradır. Rays bu gün gözəl oynadı, ancaq bütün komanda yaxşı idi. Bu gün meydanda həqiqətən dominantlıq etdik. Komandamda belə qələbə əzmini, həvəsi görəndə heyran oluram”.

Erik ten Haq, MY-nin baş məşqçisi: “Düşünürəm ki, bu oyunda qələbəyə layiq idik, ancaq haqq etdiyini hər dəfə almırsan. Mən daha çox necə inkişaf etdiyimizə baxıram. “Vulverhempton”la oyunla müqayisədə böyük tərəqqi görünür. Yaxşı oynadıq, tərəqqi edirik, planımıza sadiqik və onun doğruluğuna inanırıq. “Arsenal”ın 2-ci qolunda aşkar fol var idi. Belə qolu saymaq olmaz”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

3-10-2022, 11:0

Holann premyer-liqa tarixində rekord təzələdi

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

10-05-2023, 18:0

Gündoğan “Siti”ni çempionluğa bir addım da yaxınlaşdırdı - TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 17:0

“Aston Villa” KL-ə vəsiqə qazandı, “Lids” ilə “Lester” elitadan getdi - TURUN ŞƏRHİ

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 397
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 186
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə