• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Aston Villa” KL-ə vəsiqə qazandı, “Lids” ilə “Lester” elitadan getdi - TURUN ŞƏRHİ

Dünya futbolu

2-06-2023, 17:0

Premyer-liqanın “Mançester Siti”nin çempionluğu ilə əlamətdar olan 31-ci mövsümü başa çatdı. Çempion daha əvvəl müəyyənləşdiyindən son turda diqqətlər turnir cədvəlinin başqa hissələrinə yönəlmişdi.

Qvardiolanın komandası cari mövsümdə 2-ci dəfə “Brentford”a uduzdu. Vitse-çempion “Arsenal” Cakanın bu komandanın heyətindəki son oyununda “Vulverhempton”u “parçaladı”. “Mançester Yunayted”lə “Nyukasl” arasındakı 3-cü yer uğrunda mübarizədən “qırmızı şeytanlar” qalib ayrıldı. 38-ci turda Konfrans Liqasına vəsiqənin sahibi də müəyyənləşdi - “Aston Villa” “Brayton” üzərindəki qələbə sayəsində 7-ci yeri tutdu. “Tottenhem” “Lids”i darmadağın etməsinə rəğmən, avrokuboklardan kənarda qaldı. “Sauthempton” və “Lester”lə yanaşı, “Lids” də çempionşipə yollandı. Xilas olmağa çalışan “tülkülər”in “Vest Hem” üzərindəki qələbəsi işə yaramadı. Ona görə ki, “Everton” da “Bornmut”a qalib gəlməklə elitada yerini qorudu. “Sauthempton” “Liverpul”la 4:4-lük heç-heçə ilə elitanın qapısını möhkəm çırpdı.

Təbii ki, turnir cədvəli köhnə-yeni çempion MS-yə təzyiq etmirdi. Ölkə kubokunun və ÇL-in finalına hazırlaşan Qvardiola indi heyətlə bağlı hər cür rotasiyaya əl atır. “Brentford”la səfər oyununa da əsas heyət çıxmamışdı. Əvəzində Tomas Frankın komandası döyüşkən heyətlə oynayırdı. Axı “Aston Villa” ilə “Tottenhem” büdrəyəcəyi təqdirdə “Brentford”un da “avrokubok zonası”na yüksəlmək şansı var idi. Oyunboyu qol axtarışında olan “arılar”ın üzünə bəxt 86-cı dəqiqədə güldü. Bir il əvvəl 13-cü yeri tutan “Brentford” üçün 9-cu yeri uğur saymaq olar.

Mövsümün sonunda çempionluğu əldən verən “Arsenal” “Emireyts”ə toplaşan azarkeşlərin əhval-ruhiyyəsini yüksəltmək niyyətində idi. “Vulverhempton” isə elitada yerini təmin edəndən sonra qalan oyunlara barmaqarası yanaşırdı. Bu oyun da istisna olmadı. Yayda “Arsenal”dan ayrılacaq Caka ilk 14 dəqiqədə dubl etdi. Hissənin ortalarında Saka fərqi darmadağın həddinə çatdırdı. Artetanın komandasının 2-ci hissədə də rəqibə yazığı gəlmədi. 5:0 azarkeşlərin könlünü oxşayası hesabdı.

Ötən mövsüm 6-cı olan MY bu dəfə “3-lüy”a qapadı. Mankunianlar premyer-liqaya qayıdış mövsümündə 10-cu yeri təmin edən “Fulhem”lə qarşılaşdı. “Bağbanlar” bu oyuna da fəal başladı və 19-cu dəqiqədə Tete hesabı açdı. 25-ci dəqiqədə isə qonaqlar penalti qazandı. Amma Mitroviç 2014-dən bəri ilk dəfə “Old Trafford”da penalti dəf edən De Xea ilə dueldən məğlub ayrıldı. Məhz bu məqam oyunun axarına həlledici təsir göstərdi. Hissənin sonuna yaxın Sanço hesabı bərabərləşdirdi. Fasilədən sonra təşəbbüs meydan sahiblərinin tərəfində oldu, “bağbanlar” isə fəal startın ardından sönük təsir bağışladı. 55-ci dəqiqədə Fernandeş MY-ni irəli çıxardı. Oyunun qalan bölümündə hər iki komandanın fərqlənmək imkanları olsa da, hesab dəyişmədi.

“Nyukasl” MY-nin nəticəsindən asılı idi. Yəni “sağsağanlar” mankunianların büdrəməsinə bel bağlamaqla yanaşı, özləri də “Çelsi”ni məğlub etməliydi. Ancaq oyuna baxan adama elə gəlirdi ki, “Nyukasl”a 3 xal lazım deyil. “Qara-ağlar” meydana optimal heyətlə çıxmamışdı, bəzi liderlər ehtiyatda qalmışdı. Hər halda, hesabı 9-cu dəqiqədə Qordon açdı. Amma 27-ci dəqiqədə “zadəganlar” bərabərlik qolunu vurdu. Oyunda başqa qol olmadı. Çətin ki, “Nyukasl” 4-cü yeri tutduğuna görə məyus ola. Axı bu yer də ÇL-in qrupuna vəsiqə qazandırır. Tarixində ən faciəvi mövsümlərdən birini keçirən “Çelsi” isə yeni mövsümə artıq Maurisio Poçettino ilə hazırlaşacaq.

Girişdə vurğuladığımız kimi, Konfrans Liqasında oynamağa imkan verən 7-ci yerin taleyi də son turda həll olunurdu. Bu yerə üç iddialı olsa da, “Aston Villa” daha şanslı idi. Və Emerinin komandası evdə motivasiyasız “Brayton”u məğlub etməklə şansını boşa vermədi. Artıq 8-ci dəqiqədə Luis hesabı açdı, 26-cı dəqiqədə Uotkins fərqi artırdı. “Qağayılar” 38-ci dəqiqədə qollardan birinin əvəzini çıxdı. 2-ci hissə sakit keçdi, komandalar bir-birinin qapısına yol tapmağa həvəsli deyildi. Beləliklə, sonuncu dəfə 2008/09 mövsümündə UEFA kubokunda oynayan birmingemlilər uzun fasilədən sonra qitə kuboklarına vəsiqə qazandı.

Son turun ən məhsuldar oyunu “Sent-Meris” stadionunda keçirildi. 11 illik çıxışdan sonra premyer-liqa ilə vidalaşan “Sauthempton” və ÇL-dən kənarda qalan “Liverpul” müdafiəni unutdu. Komandalar hərəyə 4 qol vurdu. 14-cü dəqiqədə 0:2 geri düşən “müqəddəslər” 64-cü dəqiqədə hesabı 4:2 etdi. Amma “qırmızılar” cəmi iki dəqiqə ərzində hesabı bərabərləşdirə bildi. Bir sözlə, oyunu tribunardan və ekran arxasından izləyən azarkeşlər qol yağışının həzzini yaşadı.

“Lids”lə “Tottenhem” arasındakı oyunda fərqli vəzifələr həll olunurdu. Meydan sahibləri elitada yerini qoruyacağına, londonlular da avrokuboklara vəsiqə qazanacağına ümid edirdi. Heç bir komandanın arzusu çin olmadı. “Mahmızlar” heç nəyə yaramayan inamlı qələbə qazandı, “Lids” ilə elitadakı üç mövsümün ardından çempionşipə qayıtdı. “Tottenhem”dən uzaqbaşı Keynə irad tutmaq çətindi. O həmişəki kimi qol normasını doldurdu.

“Lester” iyunun 7-də Konfrans Liqasının finalında oynayacaq “Vest Hem”ə qalib gəlsə də, elitada yerini qoruya bilmədi. Ona görə ki, “Everton” da motivasiyasız “Bornmut”un öhdəsindən gəldi. Belədə liverpullular “Lids”lə “Lester”in nəticələrindən asılı olmadı. “Everton” 1992-ci ildən bəri elitanı tərk etməyən 6 komandadan biridi. Nəhayət, turun daha bir və “Kristal Pelas”la “Nottingem Forest”in azarkeşlərindən başqa heç kimin maraq dairəsində olmayan oyununda məhsuldar heç-heçə qeydə alındı.

38-ci tur
Brentford – Mançester Siti 1:0

Pinnok, 86. (17120)
MS: Ederson, Lyaport, Ake (Çarlz, 63), Uoker, Lüis, Fillips, Foden, Qomes, Palmer, Alvares, Mahrez.

Arsenal – Vulverhempton 5:0
Caka, 11; 14. Saka, 27. Jezus, 58. Kivyor, 79. (60095)
Arsenal: Remsdeyl, Kivyor (Tirni, 80), Qabriel, Uayt, Parti, Edeqor (Smit-Rou, 75), Jorjinyo, Caka (Vieyra, 75), Trossar, Jezus (Nketia, 80), Saka (Nelson, 60).

Mançester Yunayted – Fulhem 2:1
Sanço, 39. Fernandeş, 55 – Tete, 19. (73465)
MY: De Xea, Malasia, Lindelöf, Maquayr, Dalot, Kazemiro (Maktominey, 66), Fred (Eriksen, 66), Sanço, Fernandeş, Qarnaço (Marsyal, 66), Reşford (Veqhorst, 77).

Çelsi – Nyukasl 1:1
Trippyer, 27-öz qapısına – Qordon, 9. (40130)
Çelsi: Kepa, Holl, Çaloba (Fofana, 46), Silva, Aspilikueta, Loftus-Çik (Çukvuemeka, 60), Fernandes, Qallaher (Kovaçiç, 70), Sterlinq, Haverts (Feliş, 60), Madueke (Pulişiç, 89).

Sauthempton – Liverpul 4:4
Uord-Prouz, 19. Sulemana, 28; 48. Armstronq, 64 – Jota, 10; 73. Firmino, 14. Qakpo, 72. (31129)
Liverpul: Kelleher, Simikas (Elliott, 57), Qomes, Matip, Aleksander-Arnold, Milner, Fabinyo (Henderson, 57), Cons (Qakpo, 57), Jota, Firmino (Dias, 57), Salah.

Lids – Tottenhem 1:4
Harrison, 67 – Keyn, 2; 69. Porro, 47. Moura, 90+5. (36871)
Tottenhem: Forster, Devis, Lanqle, Sançes, Emerson, Porro, Bissuma, Skipp, Son Hın Min, Keyn, Kulusevski (Sarr, 67).

Lester – Vest Hem 2:1
Barns, 34. Fas, 62 – Fornals, 79. (32183)

Everton – Bornmut 1:0
Dukure, 57.

Kristal Pelas – Nottingem Forest 1:1
Hyuz, 66 – Avonyi, 31. (25198)

Aston Villa – Brayton 2:1
Luis, 8. Uotkins, 26 – Undav, 38. (???)

Yekun cədvəl
1. Mançester Siti 38 28 5 5 94-33 89
2. Arsenal 38 26 6 6 88-43 84
3. Mançester Y. 38 23 6 9 58-43 75
4. Nyukasl 38 19 14 5 68-33 71
5. Liverpul 38 19 10 9 75-47 67
6. Brayton 38 18 8 12 72-53 62
7. Aston Villa 38 18 7 13 51-46 61
8. Tottenhem 38 18 6 14 70-63 60
9. Brentford 38 15 14 9 58-46 59
10. Fulhem 38 15 7 16 55-53 52
11. Kristal Pelas 38 11 12 15 40-49 45
12. Çelsi 38 11 11 16 38-47 44
13. Vulverhempton 38 11 8 19 31-58 41
14. Vest Hem 38 11 7 20 42-55 40
15. Bornmut 38 11 6 21 37-71 39
16. Nottingem Forest 38 9 11 18 38-68 38
17. Everton 38 8 12 18 34-57 36
18. Lester 38 9 7 22 51-68 34
19. Lids 38 7 10 21 48-78 31
20. Sauthempton 38 6 7 25 36-73 25

Bombardirlər: Holann (Mançester Siti) – 36, Keyn (Tottenhem) – 30, Touni (Brentford) - 20, Salah (Liverpul) - 19.

Faktlar
* Keyn “Tottenhem”in cari mövsümdə keçirdiyi 38 oyunun 26-da fərqləndi. Bununla da premyer-liqanın 1993/94 mövsümündə 26 oyunda qol vuran Endi Koulun rekordunu təkrarladı. Qeyd etməyə dəyər ki, “Nyukasl”ın futbolçusu bunu 22 komandalı, yəni 42 turdan ibarət mövsümdə bacarmışdı.
* MS bütün turnirlər çərçivəsində son 26 oyunda ilk dəfə uduzdu. “Şəhərlilər”in çempionatdakı məğlubiyyətsiz oyunlar seriyası 16-da dayandı.
* 32 oyunda 16 məhsuldar ötürmə verən De Bruyne 4-cü dəfə premyer-liqada bu göstərəcidə hamını qabaqladı. O, ilk dəfə 2016/17 mövsümündə 18 ötürmə ilə 1-ci olub. Bir il sonra 16, 2020-də isə 20 ötürmə ilə yadda qalıb. Fabreqas, Bekhem və Lempard hərəyə üç dəfə premyer-liqada ən yaxşı assistent olub.
* “Tottenhem” son 14 il ərzində ilk dəfə avrokuboklara vəsiqə qazana bilmədi. 8-ci yer komandanın 2008/09 mövsümündən bəri ən pis nəticəsidi. “Çelsi” də son 7 il ərzində ilk dəfə nə Çempionlar, nə də Avropa Liqasında oynayacaq.
* “Arsenal” premyer-liqada rekord sayda – 88 qol vurdu. Buna qədər ən yüksək məhsuldarlıq 2004/05 mövsümünə aid idi – 87 qol. 26 qələbə qazanan “Arsenal” 38 oyunluq mövsümlər üçün klub rekordunu də təkrarladı. “Topçular” 2002 və 2004-cü illərdə də bu qədər qələbə qazana bilmiş, amma hər iki mövsümdə çempion olmuşdu.

Turun rəqəmi
30 - Keyn karyerasında 2-ci dəfə mövsümü 30 qolla bitirdi. O, 2017/18 mövsümündə də bu həddə çatmışdı. Premyer-liqa tarixində yalnız Alan Şirer daha çox mövsümdə ən azı 30 qol vurub. Şirer bunu 1993/94 (31), 94/95 (34) və 95/96 (31) mövsümlərində bacarıb.

Turun ulduzu
Abdulay Dukure (Everton) – turda dubllar, başqa fərqlənən oyunçular da var. Ancaq turun ən önəmli qolunu Dukure vurdu. Onun qolu təkcə “Everton”a qələbə qazandırmadı, həm də “göylər”i elitada saxladı. Abdulay Liverpul klubunun tarixinə adını xilaskar kimi yazdırdı.

Turun sitatı
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Brentford”u qələbə münasibəti ilə təbrik edirəm. Düşünmürəm ki, bu məğlubiyyət özünəinamımıza təsir edə. Mənim üçün önəmli məqam heyətdəki 7 dəyişiklikdən sonra komandanın simasını itirməməsi idi ki, bu da baş vermədi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-08-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

16-06-2022, 14:0

Premyer-liqanın təqvimi müəyyənləşdi

Dünya futbolu

29-09-2022, 14:0

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Aktual
Nihatın həyatı sizin əlinizdədi: anası yardım üçün müraciət etdi
FİF əl qoydu, “Flyblast” yola gəldi! - “Şəki”nin vəziyyəti düzələcək?
“Məşq etsəydik, “Quba”ya da belə uduzmazdıq” - Cavid İmamverdiyev
“Eyni futbolçular bütün oyunlarda əvəzlənmədən çıxış etməyə çalışır” – daha bir bölgə klubu pulsuzlaşdı
Yevlax şəhər stadionunun problemi tükənmir... – PFL kluba niyə icazə verib?
Junior Martins “Neftçi” azarkeşinə “good night” dedi, futbolçular “yatdı”!
Son xəbərlər
  • Bu gün, 11:57
    AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində
  • Bu gün, 11:26
    Sabiq “Çelsi”li vəfat etdi
  • Bu gün, 10:55
    "Şamaxı" 20-ci, "Sumqayıt" 10-cu dəfə 1/4 finalda oynayacaq
  • Bu gün, 10:34
    46 yaşında vəfat etdi
  • Bu gün, 10:13
    Bundesliqada zəruri istefa
  • Bu gün, 09:27
    Keniyalı atletlərdən yeni rekordlar
  • Bu gün, 08:58
    Salah üçün növbəti variantlar
  • Dünən, 23:59
    Piastri Norrisə kömək etməyəcək
  • Dünən, 23:25
    Artıq 2 milyon bilet satılıb
  • Dünən, 23:20
    Ölkə kuboku tarixində ilk: “Qarabağ” – “Turan Tovuz” finalına doğru!
  • Dünən, 22:16
    Serena 140 milyon dollar qazanıb
  • Dünən, 21:56
    Tennisçi kort ilə trassı səhv saldı
  • Dünən, 21:35
    "Sumqayıt", "Qəbələ" və "Kəpəz" 1/4 finalda - YENİLƏNİB
  • Dünən, 20:59
    “Qarabağ”dan şad xəbər gəldi – “Ayaks”, bizdən qorx!
  • Dünən, 20:28
    "Mövsümün sonuna kimi yatmaq yoxdu" - Kaxaber Sxadadze
  • Dünən, 19:57
    "Premyer-liqaya yüksəlsək də, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik" - "Şəfa"nın baş məşqçisi
  • Dünən, 19:36
    Ferstappen ən güclü saydığı beş pilotun adını açıqladı
  • Dünən, 19:15
    Millilərimiz beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 18:54
    İtaliya tennisçiləri Devis kubokunu qazandı
  • Dünən, 18:23
    "Difai" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Dünən, 17:52
    "Araz-Naxçıvan" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 17:31
    Nihatın həyatı sizin əlinizdədi: anası yardım üçün müraciət etdi
  • Dünən, 17:10
    Ülviyyə rekorda imza atdı
  • Dünən, 16:59
    Debütant yenə “Spartak”dan güclü oldu - İCMAL
  • Dünən, 16:38
    11-ci Vüqar Həşimov Memorialının iştirakçıları açıqlandı
  • Dünən, 16:17
    Ayxan Abbasov, yoxsa Həzrət Abbas?! – REPLİKA
  • Dünən, 15:56
    FİF əl qoydu, “Flyblast” yola gəldi! - “Şəki”nin vəziyyəti düzələcək?
  • Dünən, 15:35
    “Sumqayıt” heyətini ABŞ-li ilə gücləndirdi
  • Dünən, 15:14
    "Qarabağ" - "Ayaks" matçının biletləri satışda
  • Dünən, 14:53
    AFFA 4 komandaya texniki məğlubiyyət verdi
  • Dünən, 14:32
    A seriyasında ikihakimiyyətlilik yarandı - İCMAL
  • Dünən, 14:11
    Hakimi itələdi, ayaqla vurdu, 14 oyun cəza aldı
  • Dünən, 13:50
    "Qəbələ" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 13:29
    AFFA Saşa İliç və Ayxan Abbasovu cəzalandırdı
  • Dünən, 13:08
    “Bavariya”dan növbəti əzmkar qələbə və növbəti rekord - İCMAL
Daha çox
Oxunub: 219
Kadidən inanılmaz fədakarlıq – Qurban Qurbanov bu davranışı çox bəyənəcək!
Oxunub: 178
Samir Abasovun düşdüyü “quyu”
Oxunub: 159
Yankoviç niyə “yandı”?
Oxunub: 154
Marçinyak penaltini səhv verib, Medinanın həyatı ilə oynayıb!
Oxunub: 145
“Qarabağ”dan şad xəbər gəldi – “Ayaks”, bizdən qorx!
Oxunub: 136
Yankoviçlə Bikalyo meydanda dalaşdı, Maradonanın ruhu şad oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə