Holann premyer-liqa tarixində rekord təzələdi

3.10.2022 11:11 435
Dünya futbolu
"Mançester Siti"nin futbolçusu Erlinq Haaland Premyer Liqa tarixində yeni rekorda imza atıb.

"Footbal-plus.az" xəbər verir ki, 22 yaşlı forvard buna ötən gecə evdə "Mançester Yunayted"lə görüşdə (6:3) 3 qol vurmaqla nail olub. Haaland nəticədə ardıcıl 3 ev oyununda het-trik edib. O, daha əvvəl "Nottinqem Forest" və "Kristal Pelas"la matçlarda 3 dəfə qapını dəqiq nişan alıb. Bununla da Haaland Premyer Liqanın ardıcıl 3 ev oyununda het-trik edən ilk futbolçu olub.

Qeyd edək ki, Haaland bu ilin yayından "Mançester Siti"də oynayır.