• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Haydenhaym” elitada ilk xalını Dortmundda qazandı! - TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 19:0

Tur cümə günü mövsümün ən böyük sürprizlərindən biri ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, Dortmund “Borussiya”sı hələ ki xalları lazımsız əşya kimi sağa-sola “tullayır”. Komanda tarixində ilk dəfə elitada oynayan və ilk 2 turda xala həsrət qalan “Haydenhaym”la ev oyununda 2:0-lıq üstünlüyü əldən verməyi “bacardı”. Həqiqətən də 83 mindən artıq azarkeşin önündə 60-cı dəqiqəyə qədər 2:0 öndə ola-ola, belə rəqiblə matçda qələbəni əldən verməyi də bacarmaq lazımdı! “Arılar”ın bundesliqada evdəki məğlubiyyətsiz seriyası 16 oyuna çatsaə (14 qələbə, 2 heç-heçə) da, bu fakt çətin ki, fanatları sevindirə. Beləliklə, “Haydenhaym” elitada ilk xalını “Borussiya” ilə oyunda qazandı. Maraqlıdı ki, turnirin bundan əvvəlki iki debütantı – 2016-da “Leyptsiq” və 2019-da “Union” ilk qələbələrini məhz “Borussiya”ya qarşı əldə etmişdilər.

“Bayer-04”ün qələbə seriyası davam edir. Bu dəfə Leverkuzen təmsilçisi evdə “Darmştadt”ı darmadağın etdi. Komanda tarixində cəmi 3-cü dəfə bundesliqada mövsümə 3 qələbə ilə start vermiş oldu. Daha öncə buna 2003/04 və 2013/14-də təsadüf olunmuşdu. Bundesliqa tarixində “Bavariya” üzərində ən çox (28) qələbə qazanan və 2011/12-dən bəri “Bavariya” ilə oyunlarda ən çox (35) xal toplayan kollektiv olan Münhenqladbax “Borussiya”sının bu dəfə sürprizə gücü çatmadı. Düzdü, meydan sahibləri fasiləyə öndə yollandılar. Amma “rekordmayster” 2-ci hissədə çətinliklə də olsa, vəziyyəti öz xeyrinə dəyişə bildi. Qələbə qolunun müəllifi olan 18 yaşlı Tel bundesliqada ümumilikdə 7-ci qolunu vurdu. O, bunlardan 6-nı sonradan meydana çıxaraq vurub. “Bavariya” bu rəqibə qarşı rəsmi matçlarda 5 oyunluq qələbəsiz seriyaya son qoydu. Münhen nəhəngi yoluna itkisiz davam etsə də, top fərqində “Bayer-04”dən geridə olduğu üçün 2-ci pillədə qərarlaşıb. Yeri gəlmişkən, gələn tur məhz bu komandalar üz-üzə gələcək!

ÇL iştirakçılarının duelində “Leyptsiq” gözlənilmədən “Union”u səfərdə darmadağın etdi. Halbuki bu komandaların bundesliqadakı son 5 matçının hamısında “Union” qalib gəlmişdi. Özü də hamısında 2:1 hesabı qeydə alınmışdı! Bu nəticə ilə həm də “Union”un bundesliqada evdəki 24 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı. Turun əsas sürprizi “Frayburq”un Ştutqartda pərən-pərən düşməsi oldu. “Ştutqart” mövsümün ilk 2 ev oyununda artıq 9 qol vurub. Bu, klubun yeni rekordudu. Qvineyalı Seru Girassi isə Karl Allqeverdən (1984/85) sonra “Ştutqart” tarixində ilk 3 tura 5 qol vuran 2-ci futbolçuya çevrildi.

3-cü tur
Borussiya M – Bavariya 1:2
İtakura, 30 – Sane, 58. Tel, 87. (54042)
Bavariya: Ulrayx, Mazraui (Laymer, 46), Upamekano, Kim Min Çje, Devis, Kimmix, Qoretska (Tel, 81), Sane, Müller (Çupo-Motinq, 69), Koman (Qnabri, 69), Keyn (De Liqt, 90+5).
Borussia D – Haydenhaym 2:2
Brandt, 7. Əmrə Can, 15-p. – Ərən Dinkçi, 61. Klayndinst, 82-p. (81365)
Borussiya: Kobel, Volf, Zyule, Şlotterbek, Bensebayni, Zabitser, Əmrə Can, Malen, Brandt, Adeyemi (F.Nmeça, 64), Alle (Füllkruq, 78).
Union – Leyptsiq 0:3
Simons, 51. Şeşko, 85; 87. (22012)
Union: Rennov, Duxi, Knoxe, Leyte, Yuranoviç (Trimmel, 71), Layduni (Haberer, 71), Kral, Qosens, Fofana (Hollerbax, 61), Berens, Folland.
Leyptsiq: Blasvix, Henrixs (Lukeba, 88), Simakan (Klostermann, 67), Orban, Raum, Şlager, Kampl, Simons (Forsberq, 88), Olmo, Openda (Baumqartner, 75), Poulsen (Şeşko, 75).

Bayer-04 – Darmştadt 5:1
Bonifas, 21; 61. Palasios, 49. Hofmann, 67. Hlojek, 83 – Vilhelmsson, 25. (29653)
Bayer-04: Qradetski, Kossunu, Ta (Stanişiç, 72), Tapsoba, Frimponq (Tella, 72), Palasios (Andrix, 65), Caka (Mbamba, 80), Qrimaldo, Hofmann, Virts (Hlojek, 80), Bonifas.

Ştutqart – Frayburq 5:0
Fürix, 8; 62. Girassi, 17; 19. Miyo, 75. (54300)
Frayburq: Atubolu, Sildilliya (Şmidt, 46), Ginter, Linhart, Kübler, Eqqeştayn (Röl, 73), Höfler, Şallai (Doan, 46), Höler, Qrifo (Vaysshaupt, 73), Qreqoritş (Filipp, 46).

Ayntraxt F – Köln 1:1
Nkunku, 87 – Kaynts, 43-öz qapısına. (54000)
Ayntraxt: Trapp, Buta (P.Aaronson, 80), Tuta, Kox, Paço, Maks (Hauqe, 46), Skiri, Larsson (Rode, 73), Götse, Dina Ebimbe (Nkunku, 73), Marmuş (Nqankam, 67).

Hoffenhaym – Volfsburq 3:1
Bruks, 45+2. Bayer, 60. Skov, 74 – Tomaş, 36. (17500)

Verder – Maynts-05 4:0
Dukş, 3-p. Staqe, 53. Bittenkur, 82. Njinma, 83. (41000)

Auqsburq – Bohum 2:2
Belyo, 35. Demiroviç, 62 – Asano, 45+3; 64. (27422)

1. Bayer-04 3 3 0 0 11-3 9
2. Bavariya 3 3 0 0 9-2 9
3. Ştutqart 3 2 0 1 11-5 6
4. Leyptsiq 3 2 0 1 10-4 6
5. Union 3 2 0 1 8-5 6
6. Hoffenhaym 3 2 0 1 7-5 6
7. Volfsburq 3 2 0 1 5-4 6
8. Frayburq 3 2 0 1 3-6 6
9. Borussiya D 3 1 2 0 4-3 5
10. Ayntraxt F 3 1 2 0 3-2 5
11. Verder 3 1 0 2 4-5 3
12. Auqsburq 3 0 2 1 7-9 2
13. Bohum 3 0 2 1 3-8 2
14. Köln 3 0 1 2 2-4 1
15. Haydenhaym 3 0 1 2 4-7 1
16. Borussiya M 3 0 1 2 5-9 1
17. Maynts-05 3 0 1 2 2-9 1
18. Darmştadt 3 0 0 3 2-10 0
Bombardirlər: Girassi (Ştutqart) – 5, Berens (Union), Vind (Volfsburq), Bonifas (Bayer-04) – 4.
Növbəti turun oyunları sentyabrın 15-17-si aralığında keçiriləcək: Bavariya – Bayer-04, Leyptsiq – Auqsburq, Frayburq - Borussiya D, Volfsburq – Union, Maynts-05 – Ştutqart, Köln – Hoffenhaym, Bohum - Ayntraxt F, Haydenhaym – Verder, Darmştadt – Borussiya M.

Turun rəqəmi
100 – bundesliqada mövsüm çox məhsuldar başlayıb. “Leyptsiq”in yeni transferi Benjamin Şeşkonun “Union”la səfər oyununda vurduğu 2-ci qol cari “futbol ili”ndə vurulan 100-cü qol oldu. Bundesliqa tarixində buna qədər ilk 3 turdan sonra 100 qol həddi yalnız bir dəfə keçilmişdi. Bu hadisə 1984/85-də (109) baş vermişdi.

Turun ulduzu
Viktor Bonifas (Bayer-04) – bu tur 4 futbolçu dubl etdi. Amma biz 2 qolla yanaşı, hesabına həm də məhsuldar ötürmə yazan Bonifasa üstünlük veririk. “Bayer-04”ün bu yay Belçika təmsilçisi “Yunion”dan 20 milyon avroya transfer etdiyi 23 yaşlı nigeriyalı forvard ilk turlardan ümidləri doğrultmağa başlayıb. O, ardıcıl 2-ci turda dubl etməklə diqqəti çəkdi. Bundesliqada keçirdiyi ilk 3 oyunda o, artıq 6 qolun vurulmasında yaxından iştirak edib (4 qol, 2 ötürmə). Müvafiq statistikanın aparılmağa başlandığı 2004/05-dən bəri daha öncə yalnız iki futbolçu ilk 3 bundesliqa oyununda ən azı 6 qolda yaxından iştirak edib. Bunu Dortmund “Borussiya”sının heyətində 2018-də Pako Alkaser və 2020-də Erlinq Holann bacarmışdı.

Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Transferin son günündə 1-2 oyunçu almağa yaxın olsaq da, baş tutmadı. İndi kimisə günahkar elan etməyin vaxtı deyil. Efirlərə çıxıb bunu təhlil etmək də yersizdi. Bu, heç mənim işim də deyil. Vəziyyəti olduğu kimi qəbul etməliyik. Ümid edirəm ki, bu heyətlə qışa qədər “sağ qala biləcəyik”. Palyinya bizə çox şey qata bilərdi. Heyətimiz kasaddı. Amma əlimizin altında olan futbolçulara güvənirik. Hücumameyilli oyunçularımız çox olsa da, müdafiəyəmeyilli oyunçularımızın sayı azdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

17-05-2023, 21:0

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 18:0

“Bavariya” “kəndçilər”lə bacarmadı, “Borussiya” qələbəni inanılmaz şəkildə əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Aktual
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Son xəbərlər
  • Bu gün, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Bu gün, 20:33
    MY-də yeni qapıçı
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə