“Bleacher Report”un əməkdaşlı David Kenyon MHL tarixinin ən bahalı 8 müqaviləsinin siyahısını hazırlayıb. Siyahıya iki rusiyalı hokkeyçi də düşüb. “Vaşinqton”un kapitanı Alekandr Oveçkin jurnalistin reytinqində birinci olub. Adı çəkilən hokkeyçi 2008-ci ildə “Vaşinqton”la ümumi məbləği 124 milyon dollar olan 13 illik müqavilə bağlayıb.
“Top-8” belədi:
1. Aleksandr Oveçkin – “Vaşinqton”: 13 il, 124 milyon dollar.
2. Şi Ueber – “Monreal”, 14 il, 110 milyon dollar.
3. Sidni Krosbi – “Pittsburq”, 12 il, 104,4 milyon dollar.
4. İlya Kovalçuk – “Nyu-Cersi”, 15 il, 100 milyon dollar.
5. Konnor Makdevid – “Edmonton”, 8 il, 100 milyon dollar.
6. Zak Parize – “Minnesota”, 13 il, 98 milyon dollar.
7. Rayan Suter – “Minnesota”, 13 il, 98 milyon dollar.
8. Erik Karlsson – “San-Xose”, 8 il, 92 milyon dollar.