Srağagün keçirilən “Baffalo” – “Vaşinqton” oyununda qonaqların hücumçusu Aleksandr Oveçkin 6 oyunluq qolsuz seriyaya son qoydu.
37 yaşlı rusiyalı ulduz MHL-də 813-cü qolunu vurdu və indi rekordçu Ueyn Qretskidən (894) 81 şayba geri qalır. Oveçkin “Baffalo”ya qarşı keçirdiyi 61-ci oyunda 40-cı dəfə fərqləndi. MHL-in mətbuat xidmətinin yaydığı xəbərə görə, “Baffalo” Oveçkinin karyerası boyunca ən azı 40 dəfə məyus etdiyi 9-cu komandadı. Rusiyalı bu göstəricidə yalnız Fil Espozitodan (10 komanda) geri qalır.