Hüseynov oynadı, komandası qələbə qazandı

2.09.2023 14:35 219
Dünya futbolu
Bolqarıstanda ölkə çempionatın 8-ci turuna start verilib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" səfərdə "Pirin"lə qarşılaşıb.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Hazırda 10 xalı olan "Arda" 8-ci pillədə qərarlaşıb.