"Football-plus.az" xəbər verir ki, Bolqarıstan “Arda”sı 20 yaşlı müdafiəçi ilə maraqlanır.
Bolqarlar transferin reallaşması üçün 30 min avro ödəməyə razılaşıb. “Zirə” oyunçunun növbəti satışından da pay götürmək niyyətindədi. Bir problem olmasa, Cəlal növbəti mövsüm Bolqarıstan çempionatında çıxış edəcək.
İnformasiyanı dəqiqləşdirmək məqsədilə “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazədə ilə əlaqə saxladıq:
“Doğrudu. “Arda” Cəlal Hüseynovla maraqlanır. Lakin hələ danışıqlar yekunlaşmayıb. Şərtlərdə razılıq əldə edilsə, transfer həyata keçiriləcək”.
Cəlal Hüseynov 2022/23 mövsümünü “Şamaxı”da keçirib. Premyer-liqada 33 oyunda iştirak edən futbolçu bir məhsuldar ötürmə verib. Yığmada isə 5 qarşılaşmada meydana çıxıb. Məlumat üçün bildirək ki, Bolqarıstan çempionatının əsas klublarlarından olan “Arda” son mövsümdə 16 komanda arasında 8-ci pillədə qərarlaşıb.
KƏNAN BAHADIR

