Nəsirli oynadı, komandası uduzdu

9.08.2023 10:21 213
Dünya futbolu
Latviyada çempionatın 25-ci turuna yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, Ramin Nəsirlinin formasını geyindiyi “Dauqavpils” doğma meydanda RFS ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Nəsirli start heyətində meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. Onun komandası 25 xalla 8-ci pillədə qərarlaşıb.