MS portuqaliyalı futbolçu aldı

31.08.2023 23:41 198
Dünya futbolu
“Mançester Siti” heyətinə yeni oyunçu cəlb edəcək.

“Football-plus.az” xəbər verir ki, İngiltərə çempionu Mateus Nunyeşin transferi üçün “Vulverhempton” ilə anlaşıb. Portuqaliyalı futbolçunun keçidi tezliklə açıqlanacaq.

27 yaşlı Nunyeş “Vulverhempton”a 2022-ci ilin avqustunda “Sportinq”dən 45 milyon avroya keçib. Yarımmüdafiəçi 2022/23 mövsümündə bütün turnirlərdə iştirak etdiyi 37 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.