• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dortmund “Borussiya”sı həm büdrədi, həm də rekord müəyyənləşdirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 20:0

İlk turda “Bayer-04”ə uduzmaqla mövsümə məğlubiyyətlə start verən “Leyptsiq” bunun acığını 2-ci turun açılış oyununda “Ştutqart”dan çıxdı.

"Football-plus.az" xəbər verir ki, “öküzlər” bu rəqibə qarşı bundesliqada keçirdikləri 11-ci oyunda da məğlubiyyət acısı yaşamadılar (9 qələbə, 2 heç-heçə). Dani Olmo yenə fərqlənməyi bacardı. İspaniyalı futbolçu 2022/23-də 31 rəsmi oyunda 5 qol vurmuşdusa, bu mövsüm eyni sayda qolu ilk 3 rəsmi oyuna sığdırıb! Dortmund “Borussiya”sı, deyəsən, ötən mövsümdəki acı sonluqdan hələ də özünə gələ bilməyib. İlk turda “Köln”ü Malenin son dəqiqələrdəki qou ilə məğlub edən vitse-çempion bu dəfə “Bohum” səfərində 1 xala razı oldu. Özü də yenə Malen fərqlənərək komandanı məğlubiyyətdən xilas etdi. Maraqlıdı ki, bu komandaların Bohumda keçirilən ardıcıl 3-cü oyununda 1:1 hesabı qeydə alındı. “Union” mövsümün əvvəlində əla formadadı. Bu mövsüm tarixində ilk dəfə ÇL-in qrupunda oynayacaq paytaxt təmsilçisi ilk turda olduğu kimi, 2-ci turda da 4:1 hesablı qələbəyə sevindi. Mütəxəssislərin fikrincə, bu mövsüm sürpriz etməyə və “Bavariya”ya “əlcək atmağa” qadir olan “Bayer-04” də “futbol ili”nə yaxşı başlayan kollektivlərdəndi. Leverkuzenlilər bu həftə çətin Münhenqladbax səfərindən parlaq qələbə ilə döndülər. “Bayer-04” “Borussiya Park”da keçirdiyi ardıcıl 5-ci oyunda qalib gəldi və bu rəqibə qarşı bundesliqada məğlubiyyətsiz seriyanı 8 oyuna çatdırdı (7 qələbə, 1 heç-heçə). Münhenqladbaxlıların daha öncə ilk 2 turda 7 qol buraxmasına yalnız bir dəfə - 1993/94-də təsadüf olunmuşdu. “Frayburq” son saniyələrdə də olsa, “Verder”in müqavimətini qırmağı bacardı. 96-cı dəqiqədə fərqlənən Filipp “Frayburq”un bundesliqa tarixindəki ən gec qolunun müəllifi oldu. Danimarkalı forvard Vind ilk turda olduğu kimi, 2-ci turda da qolları ilə “Volfsburq”a həyat verdi. Buna qədər klub tarixində ilk 2 turda 4 qol vuran futbolçu olmamışdı! Debütant “Haydenhaym”la “Hoffenhaym”ın dueli olduqca dramatik alındı. Beste əvvəlcə penaltini boşa versə də, çox keçmədən cərimə zərbəsindən fərqlənərək “Haydenhaym” tarixində bundesliqada qol vuran ilk futbolçu oldu. Meydan sahibləri 2-ci hissənin əvvəllərində fərqi 2 topa çatdırdılar. Amma qonaqlar qalan müddət ərzində 3 qol vuraraq möcüzəvi geridönüş etdilər.

Bavariya derbisində isə sürpriz qeydə alınmadı. “Rekordmayster”, gözlənildiyi kimi, “Auqsburq”u asanlıqla məğlub edərək hesabına növbəti qələbəni yazdı. Qonaqların forvardı Berişa karyerasında ilk dəfə “Bavariya”ya qarşı oyunda meydanı qolsuz tərk etdi. O, buna qədər “rekordmayster”ə qarşı 4 rəsmi oyunda 5 qol vurmuşdu. Maraqlıdı ki, “Bavariya” Tomas Tuxelin başçılığı altında keçirdiyi 11 bundesliqa matçının heç birində ilk yarıda qol buraxmayıb!

2-ci tur
Bavariya – Auqsburq 3:1
Uduoxai, 32-öz qapısına. Keyn, 40-p.; 69 – Belyo, 86. (75000)
Bavariya: Ulrayx, Mazraui (Laymer, 70), Kim Min Çje (De Liqt, 81), Upamekano, Devis, Kimmix, Qoretska, Qnabri (Müller, 71), Sane (Tel, 70), Koman (Qravenberx, 81), Keyn.
Bohum – Borussiya D 1:1
Ştöger, 13 – Malen, 56. (26000)
Borussiya: Kobel, Volf, Şlotterbek, Hummels (Zyule, 46), Bensebayni, Zabitser (Adeyemi, 62), Əmrə Can, Malen (Bayno-Gittens, 81), F.Nmeça (Salih Özcan, 81), Brandt, Alle (Mukoko, 81).
Leyptsiq – Ştutqart 5:1
Henrixs, 51. Olmo, 63. Openda, 66. Kampl, 71. Simons, 76 - Girassi, 35. (46084)
Leyptsiq: Blasvix, Henrixs, Simakan (Klostermann, 85), Orban, Raum, Simons (Verner, 78), Kampl, Şlager, Olmo (Baumqartner, 85), Openda (Forsberq, 78), Poulsen (Şeşko, 78).
Darmştadt – Union 1:4
Mehlem, 24 – Qosens, 4; 34. Berens, 39. Duxi, 65. (17810)
Union: Rennov, Yuranoviç, Duxi, Knoxe, Leyte, Qosens (Russiyon, 84), Layduni (Kemlayn, 64), Kral, B.Aaronson, Fofana (Bekker, 25), Berens (Folland, 64).
Borussiya M – Bayer-04 0:3
Bonifas, 18; 53. Ta, 45+6. (54042)
Bayer-04: Qradetski, Kossunu (Stanişiç, 81), Ta, Tapsoba, Frimponq (Artur, 69), Palasios (Andrix, 70), Caka, Qrimaldo, Hofmann (Hlojek, 81), Virts, Bonifas (Puerta, 88).
Frayburq – Verder 1:0
Filipp, 90+6. (34700)
Frayburq: Atubolu, Sildilliya, Ginter, Linhart, Kübler (Şmidt, 84), Eqqeştayn, Höfler, Doan (Qreqoritş, 71), Qrifo, Höler (Vaysshaupt, 84), Şallai (Filipp, 61).
Maynts-05 – Ayntraxt F 1:1
Li Çje Sun, 25 – Marmuş, 90+1. (33305)
Ayntraxt: Trapp, Knauff, Kox, Paço, Smolçiç (Lents, 81), Maks (Nqankam, 81), Skiri, Yakiç (Buta, 70), Götse (P.Aaronson, 83), Marmuş, Kolo Muani (Dina Ebimbe, 71).
Köln – Volfsburq 1:2
Valdşmidt, 55 – Vind, 62; 72. (49500)
Haydenhaym – Hoffenhaym 2:3
Beste, 26. Piringer, 58 – Bayer, 77. Kaderjabek, 80. Kramariç, 90-p. (15000)
1. Union 2 2 0 0 8-2 6
2. Bavariya 2 2 0 0 7-1 6
3. Bayer-04 2 2 0 0 6-2 6
4. Volfsburq 2 2 0 0 4-1 6
5. Frayburq 2 2 0 0 3-1 6
6. Borussiya D 2 1 1 0 2-1 4
7. Ayntraxt F 2 1 1 0 2-1 4
8. Leyptsiq 2 1 0 1 7-4 3
9. Ştutqart 2 1 0 1 6-5 3
10. Hoffenhaym 2 1 0 1 4-4 3
11. Auqsburq 2 0 1 1 5-7 1
12. Borussiya M 2 0 1 1 4-7 1
13. Maynts-05 2 0 1 1 2-5 1
14. Bohum 2 0 1 1 1-6 1
15. Köln 2 0 0 2 1-3 0
16. Haydenhaym 2 0 0 2 2-5 0
17. Darmştadt 2 0 0 2 1-5 0
18. Verder 2 0 0 2 0-5 0
Bombardirlər: Berens (Union), Vind (Volfsburq) – 4, Keyn (Bavariya), Girassi (Ştutqart) – 3.
Növbəti turun oyunları sentyabrın 1-3-ü aralığında keçiriləcək: Borussia D – Haydenhaym, Auqsburq – Bohum, Bayer-04 – Darmştadt, Verder – Maynts-05, Hoffenhaym – Volfsburq, Ştutqart – Frayburq, Borussiya M – Bavariya, Ayntraxt F – Köln, Union – Leyptsiq.

Turun rəqəmi
129 – Dortmund “Borussiya”sı qalib gəlməsə də, unikal göstəriciyə imza atdı. Məsələ burasındadı ki, “arılar”ın bundesliqa çərçivəsində ardıcıl 129-cu oyununda 0:0 hesabı qeydə alınmadı! Bu, turnirin yeni rekordudu. “Borussiya” sonuncu dəfə 2019-cu il oktyabrın 26-da “Şalke-04” ilə səfərdəki Rur derbisində qolsuz bərabərliyə qalıb. Bu mövsümə qədər bu qeyri-adi rekord məhz “Şalke-04”ə məxsus idi. Helzenkirhenlilərin 1971-75-ci illərdə ardıcıl 128 bundesliqa matçı qolsuz yekunlaşmamışdı.

Turun ulduzu
Harri Keyn (Bavariya) – bu tur birden-birə 4 futbolçu dubl etdi. Amma biz bundesliqada ilk mövsümünü keçirən və ilk ev oyununa çıxan İngiltərə yığmasının kapitanına üstünlük veririk. İlk turda 1 qol, 1 məhsuldar ötürməlik performans sergiləyən məşhur forvard bu dəfə Bavariya derbisində 2 qol vurdu. Keyn Münhen nəhənginin tarixində ilk 2 turda 3 qol vuran cəmi 3-cü futbolçu oldu. Daha öncə bunu 1967-də Qustav Yunq və 1993-də kolumbiyalı Adolfo Valensiya bacarmışdı. Maraqlıdı ki, ötən mövsümü də nəzərə alsaq, Keyn “böyük beşliy”in milli çempionatlarında ardıcıl 7-ci oyunda meydanı qolsuz tərk etmədi! Onun karyerasında daha öncə belə seriya olmamışdı.

Turun sitatı
Uli Höness, “Bavariya”nın fəxri prezidenti: “Biz Keynə görə “Tottenhem”lə düz gecəyarısı anlaşma əldə etdik. Amma saat 02.50-də vəziyyət yenə qəlizləşdi. Çünki onlar növbəti dəfə məbləği artırmaq istədilər. İcraçı direktorumuz Yan Drezen “Tottenhem”ə bildirdi ki, son təklifimizin üstünə bir qəpik də əlavə etməyəcəyik. Daniel Levi başa düşdü ki, bu, artıq sondu. O təxminən 6 saat düşünəndən sonra mövqeyimizlə barışmalı oldu. Yalnız bundan sonra səhər saatlarında Keyn təyyarəyə minib Münhenə gəldi. Keyn artıq özü üçün dəqiqləşdirmişdi ki, bu mövsüm “Tottenhem”in heyətində rəsmi oyuna çıxsa, klubda qalacaq və gələn yay Münhenə azad agent statusunda gələcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

19-04-2023, 18:0

“Bavariya” “kəndçilər”lə bacarmadı, “Borussiya” qələbəni inanılmaz şəkildə əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 22:0

Keyn və “Bavariya”dan mükəmməl başlanğıc – TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 16:0

Lider yenə dəyişdi, hakim səhvini etiraf etdi - TURUN ŞƏRHİ

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 447
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 197
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə