• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Keyn və “Bavariya”dan mükəmməl başlanğıc – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 22:0

Ötən həftəsonu bundesliqada 61-ci mövsümə start verildi.

"Football-plus.az" xəbər verir ki, açılış oyunu adəti üzrə çempionun iştirakı ilə keçirildi. Superkubok matçında “Leyptsiq” önündə çox aciz təsir bağışlayaraq tənqid obyektinə çevrilən Tomas Tuxelin “Bavariya”sı bundesliqaya inamlı qələbə ilə start verdi. Bremen Münhen nəhənginin ən sevimli səfərlərindən sayılır. Buna qədər “Verder” “Bavariya”ya qarşı evdə keçirdiyi son 15 bundesliqa matçından 14 məğlubiyyət, 1 heç-heçə ilə ayrılmışdı! Bu dəfə də “musiqiçilər” fanatları önündə bir varlıq göstərə bilmədilər. “Rekordmayster”in yeni superulduzu Keynin bundesliqa macərası çox uğurlu başladı. İngiltərə yığmasının kapitanına hesabına ilk məhsuldar ötürməni yazmaq üçün cəmi 4, ilk qolu vurmaq üçün isə 74 dəqiqə kifayət etdi. Buna qədər “Bavariya”da qol vuran yeganə ingiltərəli futbolçu Ouen Harqrivs olmuşdu (218 oyun, 10 qol). Bundesliqada debüt oyununda fərqlənən sonuncu ingilis isə 2018-də “Hoffenhaym”ın heyətində Ris Nelson olmuşdu. Onu da bildirək ki, 2-ci hissədə meydana çıxan Müller “Bavariya”nın tarixində 16 fərqli mövsümdə bundesliqada oynamış ilk futbolçuya çevrildi.

Dortmund “Borussiya”sı az qala mövsümə xal itkisi ilə başlayacaqdı. Uzun müddət “Köln”ün müdafiəsini yara bilməyən “arılar”ın dadına sona 2 dəqiqə qalmış Malen çatdı. Ümumiyyətlə, 24 yaşlı niderlandlı forvard 2023-cü ili çox inamlı keçirir. O, cari təqvim ilində bundesliqada artıq 14 qolun vurulmasında yaxından iştirak edib (10 qol, 4 məhsuldar ötürmə) və bu göstəricidə hamını üstələyir. Turun maraqlı oyunlarından biri Leverkuzendə keçirildi. Bu yay heyətini gücləndirən “Bayer-04” mövsümə iddialı “Leyptsiq”i yenməklə start verdi. Hərçənd “öküzlər” buna qədər Leverkuzendə keçirdikləri 7 oyunun yalnız birində uduzmuşdular. Bu mövsüm Almaniyanı ÇL-də təmsil edəcək “Union” maraqlı hadisələrlə zəngin olan qarşılaşmada “Maynts-05”i darmadağın etdi. Digər avrokubok iştirakçıları “Frayburq” ilə “Ayntraxt” da ilk turda fanatlarını sevindirdi. Ozan Kabakın qolu “Hoffenhaym”a “Frayburq”la ev oyununda xal qazanmağa kifayət etmədi. Maraqlıdı ki, “kəndçilər”in bu yay “Fənərbaxça”da transfer etdiyi macarıstanlı müdafiəçi Atilla Salai bundesliqadakı debüt oyununda avtoqolla yadda qaldı. “Auqsburq”la Münhenqladbax “Borussiya”sının dramatik duelində qapılara 8 qol vurulsa da, qalib müəyyənləşmədi. İlk turu zirvədə tamamlayan komanda isə gözlənilmədən “Ştutqart” oldu. Şvabiyalılar “Bohum”un qapısına 5 cavabsız top göndərdilər. Maraqlıdı ki, “Ştutqart” tarixində 8-ci dəfə ilk turu zirvədə tamamladı və bu göstəricidə yalnız “Bavariya”dan (13) geri qalır!

1-ci tur
Verder – Bavariya 0:4
Sane, 4; 90. Keyn, 74. Tel, 90+4. (42100)
Bavariya: Ulrayx, Mazraui, Upamekano, Kim Min Çje (De Liqt, 68), Devis, Kimmix, Qoretska (Laymer, 79), Sane, Musiala (Müller, 84), Koman (Çupo-Motinq, 84), Keyn (Tel, 84).
Borussiya D – Köln 1:0
Malen, 88. (81365)
Borussiya: Kobel, Ryuyerson (Azar, 84), Zyule, Hummels, Bensebayni (Volf, 83), Zabitser, Əmrə Can (F.Nmeça, 59), Malen, Roys (Adeyemi, 69), Brandt, Alle (Mukoko, 59).
Bayer-04 – Leyptsiq 3:2
Frimponq, 24. Ta, 35. Virts, 65 – Olmo, 39. Openda, 71. (29464)
Bayer-04: Qradetski, Kossunu, Ta, Tapsoba, Frimponq (Artur, 78), Palasios, Caka, Qrimaldo, Hofmann (Hlojek, 89), Virts (Andrix, 75), Bonifas (Əmiri, 89).
Leyptsiq: Blasvix, Henrixs, Simakan, Orban, Raum, Şlager (Karvalyo, 84), Zayvald (Lukeba, 62), Simons (Kampl, 62), Olmo, Verner (Poulsen, 62), Openda (Forsberq, 75).
Union – Maynts-05 4:1
Berens, 1; 9; 70. Pantoviç, 90+6 – Kasi, 64. (22012)
Union: Rennov, Trimmel, Duxi, Knoxe, Leyte, Russiyon (Qosens, 66), Layduni (Kemlayn, 89), Kral, Aaronson (Pantoviç, 76), Fofana (Bekker, 66), Berens (Folland, 89).
Hoffenhaym – Frayburq 1:2
Ozan Kabak, 50 – Salai, 39-öz qapısına. Şallai, 45+3. (25890)
Frayburq: Atubolu, Kübler, Ginter, Linhart, Günter (Sildilliya, 90+1), Eqqeştayn, Röl (Keytel, 74), Şallai (Doan, 84), Qrifo (Vaysshaupt, 90), Qreqoritş (Qulde, 84), Höler.
Ayntraxt F – Darmştadt 1:0
Kolo Muani, 40. (55000)
Ayntraxt: Trapp, Dina Emibme, Tuta (Hasebe, 65), Kox, Paço, Maks, Skiri, Rode (Yakiç, 6), Lindström (Nqankam, 84), Götse (Buta, 84), Kolo Muani (Marmuş, 84).
Volfsburq – Haydenhaym 2:0
Vind, 6; 27. (22620)
Auqsburq – Borussiya M 4:4
Recbeçay, 29. Bauer, 41. Mixel, 45+7-p. Varqas, 76 – İtakura, 13. Çvançara, 27; 90+7-p. Nqumu, 37. (30660)
Ştutqart – Bohum 5:0
Girassi, 18; 77. Zaqadu, 38. Mvumpa, 59; 67. (53000)
Bombardir: Berens (Union) – 3.
Növbəti turun oyunları avqustun 25-27-si aralığında keçiriləcək: Leyptsiq – Ştutqart, Bohum – Borussiya D, Darmştadt – Union, Köln – Volfsburq, Frayburq – Verder, Haydenhaym – Hoffenhaym, Borussiya M – Bayer-04, Maynts-05 – Ayntraxt F, Bavariya – Auqsburq.

Turun rəqəmi
2 – “Union” – “Maynts-05” oyunu tək Berensin başla 3 qol vurması ilə əlamətdar olmadı. Bu qarşılaşmada daha bir tarixi hadisə yaşandı. Meydan sahiblərinin danimarkalı qapıçısı Frederik Rennov Lüdovik Ajorkun 63 və 88-ci dəqiqələrdə yerinə yetirdiyi hər iki penaltini dəf etdi. Bununla da 29 yaşlı fransalı forvard bundesliqa tarixində bir oyunda iki penaltini boşa verən ilk futbolçu oldu!

Turun ulduzu
Kevin Berens (Union) – buna qədər bundesliqada keçirdiyi 57 oyunda cəmi 10 qol vuran və het-trik bir yana, heç dubl da etməyən 32 yaşlı təcrübəli forvard ilk turda gözlənilmədən coşdu. Özü də o, ilk 9 dəqiqəyə 2 qol sığdırdı. Maraq üçün bildirək ki, 1-ci tur çərçivəsində ilk 9 dəqiqəyə dubl edən sonuncu futbolçu 1984-cü ildə Münhenqladbax “Borussiya”sının heyətində “Şalke-04” ilə oyunda Frank Mill olmuşdu. Əsas fakt odu ki, Berens hər 3 qolu başla vurdu. XXI əsrda bundesliqada başla bir oyunda 3 qol vuran futbolçu olmamışdı!

Turun sitatı
Əmrə Can, Dortmund “Borussiya”sının kapitanı: “Bellingem kimi oyunçunu hər məşqçi öz komandasında görmək istəyər. Amma onunla bağlı paltardəyişmə otağında bəzi problemlər yaranırdı. Bellingem 3-cü kapitan idi. Amma gənc olduğu üçün bu işin öhdəsindən gələ bilmirdi. Başqalarından üstün olduğunu hiss etdirsə də, meydanda heç də həmişə bunu göstərə bilmirdi. Həmişə irəli getməyi xoşlasa da, bəzən komanda onu görmürdü. Ötən mövsüm biz ÇL-də mübarizəni dayandırarkən Bellingem meydanda özünü heç də yaxşı aparmadı. Onu kənara çəkib dedim ki, komanda yoldaşlarına münasibətdə belə davranış qəbuledilməzdi! Təcrübəli olsaydı, başqa məsələ. Amma sən bu qədər gənc və hələ titul qazanmamış futbolçu olanda ətrafdakılar səni istədiyin kimi qəbul etməyə bilər. Onun ayrılması başqaları üçün özünü göstərmək baxımından yaxşı fürsətdi. “Borussiya” bəlkə də bir qədər zəifləyib. Amma paltardəyişmə otağında Bellingemin ayrılmasına görə heç kim məyus deyil”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-08-2023, 19:0

''Bavariya'' fanatları önündə rüsvay oldu

Dünya futbolu

19-08-2023, 22:0

“Bavariya”da yeni rekordun müəllifi oldu

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

17-05-2023, 21:0

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 140
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 88
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə