Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti matçına çıxıb.
"Footbal-plus.az" xəbər verir ki, Zaqreb təmsilçisi 15-ci turda səfərdə “Osiyek”lə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Mahir də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana daxil olub.
Bu mövsüm ilk məğlubiyyətini alan “Dinamo” 35 xalla liderdir.